Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 20 » 20 Yanvarda şəhid olmuş xaçmazlı gəncin hekayəsi (VİDEO)
15:33
20 Yanvarda şəhid olmuş xaçmazlı gəncin hekayəsi (VİDEO)

Qanlı yanvar gecəsində sovet ordusu əsgərlərinin gülləsinə tuş gəlmiş dinc sakinlərdən biri də Zahid Abdullayevdir

20 yanvar hadisələrinin üzərindən 23 il ötsə də, həmin vaxt şəhid olan insanların yaxınları üçün bu faciə sanki dünən olub. Yaxınlarını itirməyin acısını bu gün də öz həyatlarında hiss edən bu insanlar Azərbaycanın müstəqilliyi ilə təsəlli tapırlar. 


1990-ci ilin qanlı yanvar gecəsində sovet ordusu əsgərlərinin gülləsinə tuş gəlmiş dinc sakinlərdən biri də Zahid Abdullayevdir. O vaxt gənc ailəsi ilə Bakıda yaşayan Zahid yanvarın 19-dan 20-ə keçən gecə paytaxt Bakıda gedən atışma səslərinə dözməyərək öz həmyaşıdlarına vətənin müdafiəsində dəstək olmaq üçün meydana gedib və onlarla birlikdə şəhid olub.

Yanvar şəhidi Zahir Abdullayev 1990-ci il yanvar ayının 21-də hazırda dünyasını dəyişmiş anası Gülzamanın xahişi ilə kənd qəbrsanlığında, yəni Xaçmazın Uzunoba kənd qəbrsanlığında dəfn olunub. 

Zahir şəhid olarkən 3 yaşında, hazırda 26 yaşında olan övladı Ramilə Bağırova atasını heç xatırlaya bilmədiyini söyləyir. Lakin, onun vətən və azadlıq uğrunda şəhid olmasından qürur hissi keçiridiyini deyir. 

Qeyd edək ki, şəhid Zahid Abdullayevin vaxtı ilə təhsil aldığı Uzunoba kənd məktəbi indi onun adını daşıyır. 


Category: Mənəviyyat | Views: 756 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Friday, 26.04.2024, 09:19
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012