Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 25 » 3-cü "Alatava" sakinləri nədən narazılıq edirlər? (VİDEO)
17:05
3-cü "Alatava" sakinləri nədən narazılıq edirlər? (VİDEO)

Sakinlərin bəziləri evlərin köçürülməsi ilə bağlı verilən kompensasiyanın məbləğindən razı deyillər


3-cü Alatavada yaşayan təxminən 20-ə yaxın ailə Yeni il qabağı yeni qayğılarla qarşı-qarşıya qalıb. Dediklərinə görə əvvəlcədən evlərinin sökülməsi müqabilində onlara 1500 manat veriləcəyi deyilsə də, sonradan məbləğ dəyişdirilib. 3-cü Alatava sakini olan Amalya Şükürova deyir ki, kiçildilən təkcə vəd verilən məbləğ yox, həm də evlərin ümumi sahəsidir. 

Narazılıqlarını ifadə etmək üçün sakinlər aidiyyatı qurumlara da müraciət ediblər. Hərçənd verilən çabalar da ailələri qane etməyib. 

Amma çəkiliş vaxtı bəzi sakinlərin verilən məbləğlə qane olub, ərazidən köçdüyünü də müşahidə etdik. Yeri gəlmişkən deyək ki, sakinlərin ərazidən köçürülməsi zərurəti burada metro tikintisi ilə əlaqədardır. Metronun tikintisinə isə məhz evlərin tam köçürülmə prosesi yekunlaşmadığından hələ ki, başlanılmayıb. Amma əraziyə lazimi avadanlıqlar artıq gətirilib.

Xatırladaq ki, metro xətinin tikintisi məqsədi ilə birinci mərhələdə 28 ailə köçürüləcək. Ümumilikdə yenidənqurma işləri ilə əlaqədar olaraq 100 ə yaxın yaşayış və qeyri-yaşayış obyektinin sökülməsi nəzərdə tutulur. 
Category: XƏBƏRLƏR | Views: 447 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 15:06
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012