Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 20 » 5 oktyabr "Hicaba azadlıq" aksiyasında həbs olunanların sayı 35-ə çatıb
15:21
5 oktyabr "Hicaba azadlıq" aksiyasında həbs olunanların sayı 35-ə çatıb


5 oktyabr "Hicaba azadlıq" aksiyasında həbs olunanların sayı 35-ə çatıb
Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş 5 oktyabr "Hicaba azadlıq” aksiyasına görə həbs olunanların sayı 35 nəfərə çatıb. Aksiya zamanı və sonradan həbs olunan 8 nəfərin işi isə ayrıca icraata götürülüb.

Vəkil Anar Qasımlı "Media forum” saytına deyib ki, 5 oktyabr hadisələrində təqsirləndirilən  iki nəfərin hüquqlarını müdafiə edir: "Nəsimi Həsənovun və İlham Hətəmovun vəkiliyəm. İlham Hətəmovun və digər 7 nəfərin işi ayrıca icraata götürülüb. Bu, 8 nəfərin daha yüngül maddə ilə təqsirləndirilməsi ilə bağlıdır”.

İndiyə qədər yayılan qeyri-rəsmi məlumata görə, 5 oktyabr aksiyası ilə əlaqədar 32 nəfər tutulub. Bakı Şəhər Prokurorluğu aksiyada baş verənləri Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə araşdırır.

Dekabrın 1-də Səbail Rayon Məhkəməsi 5 oktyabr aksiyasına görə tutulanların həbs müddətinin 2013-cü il fevralın 5-dək uzadılması haqqında qərar çıxarıb.

Respublika Prokurorluğunun mətbuat xidməti "Media forum” saytının 5 oktyabr məhbuslarının sayının 35-ə çatması və 8 nəfərin işinin ayrıca icraata götürülməsi barədə sorğusunu cavablandırmayıb.















Category: Mənəviyyat | Views: 420 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 09:11
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012