Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 26 » ABŞ-ın cənubundan 15 tornado keçdi
11:14
ABŞ-ın cənubundan 15 tornado keçdi

Alabama ştatında azı 2 nəfər ölüb

Ötən gün Amerika Birləşmiş Ştatlarının cənub hissəsindən güclü tornado keçib. Tornado Texas, Arkanzas, Oklahoma, Missisipi, Luiziana və Alabama ştatlarında leysan yağış, qar və güclü küləklə müşayiət edilib. Milad bayramında regiondan azı 15 tornadonun keçdiyi bildirilir.


Ən böyük tornado Alabama ştatının Mobil şəhərindən keçib. Burada qasırğa evlərin damını uçurub, ağacları aşırıb, elektrik naqillərini qırıb. Nəticədə şəhərdə azı 2 nəfərin öldüyü xəbər verilir.

Ümumilikdə ABŞ-ın cənub ştatlarında elektrik enerjisi naqillərinin qırılması nəticəsində 100 mindən çox adam işıqsız qalıb. Bölgədə 180 daxili aviareys təxirə salınıb.

Pis hava şəraiti qəzaların sayını da artırıb. Oklahoma ştatında 21 avtomobilin toqquşması nəticəsində qəza baş verib.
Category: XƏBƏRLƏR | Views: 343 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 09:43
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012