Göyçay rayon Mənzil Kommunal İdarəsinin sədri Loğman Əliyev 6 il müddətinə azadlıqdan məhrum edilib
ANS-in əməkdaşlarına təzyiq edən Göyçay rayon Mənzil Kommunal İdarəsinin sədri Loğman Əliyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Göyçay Rayon Məhkəməsində hakim Fərhad Əfəndiyevin sədrliyi ilə keçən məhkəmə prosesində Loğman Əliyev Cinayət Məcəlləsinin 309.2 yəni, "Vəzifə səlahiyyətlərini aşma” maddəsi ilə təqsirləndirilib və məhkəmə zalında həbs olunub.