Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 25 » Arvadını xəyanət edərkən yaxaladı və iki nəfəri bıcaqladı
13:36
Arvadını xəyanət edərkən yaxaladı və iki nəfəri bıcaqladı

Bu gün Şirvan Apelyasiya Məhkəməsində qısqanclıq zəminində qətl hadisəsi törədən Salyan rayon sakini, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Miryəhya Sadıqovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. 

Ittihama görə, ötən il iyunun 17-də axşam saatlarında Salyan şəhəri, 20 yanvar küçəsində yaşayan 1975-ci il təvəllüdlü Miryəhya Mirnadir oğlu Sadıqov həmin küçədə yaşayan qonşuları Rafiq və 
Natiq Hacızadə qardaşlarını bıçaqla vurub.

Ürəyindən bıçaq yarası alan 1973-cü il təvəllüdlü Rafiq Hacızadə hadisə yerində dünyasını dəyişib, döş qəfəsindən 4 bıçaq yarası almış digər qardaş, 1967-ci il təvəllüdlü Natiq Hacızadə isə ağır vəziyyətdə Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyindən onun həyatını xilas etmək mümkün olub. Hadisədən sonra Miryəhya Sadıqov könüllü olaraq özü polisə təslim olub.

Miryəhya Sadıqov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham edilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, qətl hadisəsi qısqanclıq zəminində baş verib. Belə ki, Miryəhya Sadıqovun həyat yoldaşının Rafiq Hacızadə ilə münasibətdə olması barədə rayon ərazisində söz-söhbət yayılıb. Dəfələrlə bu barədə Miryəhya Sadıqova da bildirilsə də, o, həyat yoldaşının başqası ilə gəzməsinə inanmayıb. 

Lakin son vaxtlar həyat yoldaşının Rafiqlə daha tez-tez görüşməsi ilə bağlı yayılan söz-söhbətlərə son qoymaq məqsədilə həyat yoldaşını güdməyə başlayıb. 

Bir neçə gün həyat yoldaşını izləyən Miryəhya Sadıqov rayon sakinləri arasında yayılan söz-söhbətlərin şayə olmamasının şahidi olub. O, öz gözləri ilə həyat yoldaşının Rafiqlə münasibətdə olmasına şahidi olub. Miryəhya Sadıqov Rafiqi bu hərəkətlərinə görə, cəzalandırmaq qərarına gəlib. 

Ona görə də, Rafiqin qarşısını kəsib və onların arasında mübahisə yaranıb. Bu mübahisə zəminində Miryəhya Sadıqov bıçaqla Rafiqi ürəyindən vuraraq qətlə yetirib. O, hadisə yerində olan Rafiqin qardaşı Natiqə də bıçaqla xəsarət yetirib. 

Cəlilabad Hərbi Məhkəməsinin hökmü ilə Miryəhya Sadıqov 13 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmündən Miryəhya Sadıqov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib. 

Hakim Əhməd Novruzovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. 

Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb. 

Category: XƏBƏRLƏR | Views: 451 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 20:33
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012