Türkiyədə 33 yaşlı ruhi xəstə 4 yaşlı oğlunun qabağında arvadının başını kəsərək pəncərədən çölə atıb.
Azeri-Xeber.ucoz.com Türkiyənin "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, üç uşaq anası onunla mübahisə edən yoldaşı Musa A. haqqında polisə şikayət edib. Polis şöbəsinə aparılan Musa A.-nın ruhi xəstə olduğu məlum olub. Daha sonra xəstəxanaya aparılan Musa A. öz həkiminin icazəsi olmadan sakitləşdirici iynə vurularaq evə göndərilib. Evə gələn Musa A. 12 yaşlı oğluna "get mətbəxdən bıçaq gətir, ananı doğrayacağam" deyib. Bunu eşidən uşaq qaçaraq qonşuya "atam anamı öldürəcək" deyərək kömək istəyib. Ruhi xəstə olduğunu bilən qonşular polisə xəbər veriblər.
Köməyə gələn qonşular qapının bağlı olduğuna görə içəriyə daxil ola bilməyiblər. Musa A. 4 yaşlı oğlunun gözü qabağında arvadının başını kəsib. Daha sonra kəsdiyi başı pəncərədən həyətdəki qonşularının və digər 12 yaşlı oğlunun qabağına atıb. Hadisə yerinə gələn polis Musa A.-nı həbs edib.
Faktla bağlı araşdırma aparılır.
|