Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 26 » Ata-anası öldü: 1 yaşlı körpə meşədə tək qaldı -VİDEO- MÖCÜZƏ
17:22
Ata-anası öldü: 1 yaşlı körpə meşədə tək qaldı -VİDEO- MÖCÜZƏ

Muğladakı qəzada ata-anasını itirən və qəzadan 26 saat sonra tapılan 1 yaşlı Zeynəbin sağ qalması hər kəsi şoka salıb. Azeri-Xeber.ucoz.com-un türk mediasına istinadən məlumatına görə, Muğlanın Datça mahalında 70 metrlik hündürlükdən uçuruma yuvarlanan avtomobildə atasını və anasını itirən 1 yaşlı körpənin müalicəsi Mərmərə Dövlət Xəstəxanasında davam etdirilir. 

Xəstəxananın baş həkimi Dr.Tolga Çakmak körpənin həyati təhlükəsinin olmadığını deyib. Körpənin həkim nəzarətində olduğunu deyən baş həkim onun qanında bəzi problemlərin olduğunu bildirib: "Bir gün ərzində soyuq havada və ac qaldığı üçün qanında dəyişiklik var idi. Hər keçən dəqiqə daha yaxşı olur. Bədənində hər hansı bir zədə belə yoxdur. Yalnız sıyrıqlar var".

Kiçik körpənin 26 saat ac və susuz bir şəkildə sağ qalıb xilas olmasının möcüzə olduğunu ifadə edən həkim körpənin sağlam olduğunu deyib: "Zeynəb çox sağlam bir körpədir. Ailəsi tərəfindən yaxşı baxıldığı üçün fiziki olaraq güclü orqanizmə malikdir. Aç, susuz və təkbaşına meşədə sağ qalmaq böyük adam üçün belə çətin olduğu bir vəziyyətdə Zeynəbi Allah qoruyub". 

Onun sözlərinə görə, körpənin təkbaşına həyatda qalması hamını heyrətə gətirib: "Bu, Allahın bir lütfüdür. Bunu elmlə izah etmək mümkün deyil". 

Muğlanın səhiyyə şöbəsinin müdiri Cihan Tekin də bildirib ki, kiçik Zeynəbin müalicəsi bitdikdən sonra yaxınlarına veriləcək. O, hazırda körpənin müaclicəsinin davam etdiyini və belə bir şəraitdə yaxınlarına verilməsinin mümkün olmadığını söyləyib. 

Məsud 


Category: XƏBƏRLƏR | Views: 342 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 08:46
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012