Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 17 » Azərbaycan şirkətlərinə xəbərdarlıq Mahmud Məmmədquliyev: “Şirkətlərimiz rəqabətə hazır olmalıdır”
12:56
Azərbaycan şirkətlərinə xəbərdarlıq Mahmud Məmmədquliyev: “Şirkətlərimiz rəqabətə hazır olmalıdır”
"Azərbaycan şirkətləri rəqabətə hazır olmalıdır”. Bu bəyanat Azərbaycanın Ümumdünya Ticarət Təşkilatı ilə müzakirələr keçirən dövlət komissiyasının rəhbəri Mahmud Məmmədquliyevə məxsusdur. Rəsmi Bakı ilə bu qurum arasında Cenevrədə keçirilən son danışıqları şərh edən xarici işlər nazirinin müavini deyib ki, Azərbaycan gərək bu quruma elə üzv olsun ki, ölkə iqtisadiyyatına zərər dəyməsin. 

M.Məmmədquliyev bildirib ki, Azərbaycan hökuməti ilə ÜTT arasında üzvlüklə bağlı müzakirələr çərçivəsində keçirilən sonuncu görüş faydalı olub və Azərbaycan ona qarşı irəli sürülən təklifləri dəyərləndirir. Onun sözlərinə görə, danışıqlarda Azərbaycan özü də təkliflərlə çıxış edir. Bura ilk növbədə kənd təsərrüfatı sahəsinin dəstəklənməsi daxildir. 

Bəzi ekspertlərin Azərbaycan ÜTT-yə tezliklə üzv olarsa, daxili bazarın zərər görəcəyi ilə bağlı fikirlərini də şərh edən nazir müavini yerli şirkətlərə bəri başdan xəbərdarlıq edib: "Biz bazar iqtisadiyyatı yolunu seçmişik. Bu, rəqabət tələb edir. Amma biz üzv olandan sonra bu rəqabət daha da güclənəcək. Şirkətlər hazır olmalıdır. Amma biz də gərək elə üzv olaq ki, zərər dəyməsin”. 

Azərbaycanın ÜTT ilə üzvlüklə bağlı apardığı danışıqlarda Ermənistanın mövqeyi xüsüsilə maraq doğurur. Mahmud Məmmədquliyevin sözlərinə görə, Azərbaycan quruma üzv olarsa, digər üzv dövlət olan Ermənistanla əməkdaşlığa məcbur edilə bilməz: "Orada bir bənd var, siyasi təhlükəsizlik məsələləri əsas götürərək dövlətlər əməkdaşlıqdan imtina edə bilər. Ermənilər bizim müzakirələrə gəlirlər, otururlar, amma nə bir sual verirlər, nə də bir söz deyirlər”. 

Qeyd edək ki, Azərbaycan ÜTT-ə üzv olmaq üçün ilk dəfə 1997-ci ildə müraciət edib. 160-dan çox dövlətin qoşulduğu bu təşiklata üzvlüyün müsbət tərəfi kimi üzv ölkənin ixrac imkanlarının artması, ölkələr arasında ticarət dövriyyəsinin artması göstərilir.
Views: 411 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 20:00
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012