Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 17 » Azərbaycanda 15 il əvvəl baş vermiş dəhşətli qətlin üstü açılıb Musaxan Şəmiyev 1997-ci ildə qısqanclıq zəminində həmyerlisini baltalayıb
12:51
Azərbaycanda 15 il əvvəl baş vermiş dəhşətli qətlin üstü açılıb Musaxan Şəmiyev 1997-ci ildə qısqanclıq zəminində həmyerlisini baltalayıb
Azərbaycanda dəhşətli qətlin üstü açılıb. Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Cəlilabad sakini, Hövsan qəsəbəsində yaşayan, 1958-ci il təvəllüdlü Musaxan Şəmiyevin daha bir dəhşətli cinayəti üzə çıxıb.

Araşdırmalar zamanı məlum olub ki, M.Şəmiyev 1997-ci ildə qısqanclıq zəminində Cəlilabad sakini, 1963-cü il təvəllüdlü Heybət Vəzir oğlu Allahverdiyevi yaşadığı evdə baltalayaraq qətlə yetirib. M. Şəmiyev daha sonra onun meyitini öz evinin həyətindəki toyuq hinində basdırıb. Həyata keçirilən tədbirlər nəticəsində meyitin basdırıldığı yerə baxış keçirilib və mərhumun cəsədi çıxarılaraq ekspertizaya göndərilib.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. 

Qeyd edək ki, M. Şəmiyev bu il oktyabrın 2-də həyat yoldaşı Nailə Şəmiyevanı qətlə yetirib. M. Şəmiyev tutulub.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Istinad vacibdir!
Views: 373 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 21:51
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012