Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 28 » Azərbaycanda aliment ödəməyənlər 3 il azadlıqdan məhrum ediləcəklər
13:42
Azərbaycanda aliment ödəməyənlər 3 il azadlıqdan məhrum ediləcəklər

Cinayət Məcəlləsinə dəyişikliklər layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb

Azərbaycanda aliment ödəməyənlər 3 il azadlıqdan məhrum ediləcəklər. Azeri-Xeber.ucoz.com-un məlumatına görə, Cinayət Məcəlləsinə dəyişikliklər layihəsi Milli Məclisin bu gün keçirilən iclasında da müzakirəyə çıxarılıb. Layihə barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. 


Dəyişiklik aliment ödəməkdən imtina ilə bağlı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutur. Əli Hüseynli bildirib ki, hazırda mövcud məhkəmə qərarlarının icra işlərinin təxminən 1/3-i cəmiyyətdə həssas məsələ olan uşaqların hüquqlarının qorunması, aliment məsələsi ilə bağlıdır. 

Onun sözlərinə görə, bu sahədə ciddi problemlər var: "Parlamentdə bu məsələ dəfələrlə qaldırılıb. Məhz alimentlərlə məhkəmə qərarlarının icrasını təmin etmək məqsədilə təklif olunur ki, Cinayət Məcəlləsinin 176-cı maddəsi Cinayət Məcəlləsindən çıxarılsın. Cinayət Məcəlləsinin bu maddəsi məqsədli şəkildə alimenti ödəməkdən boyun qaçıran şəxslərə görə məsuliyyəti nəzərdə tutur. Amma bu məsuliyyət həddindən artıq aşağıdır, 6 aylıq azadlıqdan məhrumetməni nəzərdə tutur. İndi bu qəbildən olan bu məsələlərə Cinayət Məcəlləsinin 306-cı maddəsi tətbiq olunacaq. Məhkəmə qərarının icrasından boyun qaçıran şəxslər 3 ilə qədər azadlıqdan məhrum ediləcəklər”.

Sənəd qəbul edilib.
Category: XƏBƏRLƏR | Views: 340 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 17:19
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012