Binanın pilləkənindən yıxılan qadının başı daşa dəyib
Bu gün Gəncə şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən lent.az-a verilən məlumata görə, şəhər sakini, 1940-cı il təvəllüdlü Asya Əhməd qızı İsmayılova bu gün işə gedərkən yıxılıb. Binanın pilləkənindən yıxılan qadının başı daşa dəyib və o, hadisə yerində keçinib.