Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 25 » Azərbaycanın ən korrupsioner 3 universiteti – SİYAHI
12:12
Azərbaycanın ən korrupsioner 3 universiteti – SİYAHI






2012–ci il Azərbaycanın ali təhsil sistemində bir çox maraqlı hadisələrlə yadda qaldı. Telebe.az saytı bu hadisələri və ümumi gedişatı öyrənmək üçün tələbələr arasında sorğu keçirib. Sorğunun nəticələrinə görə, "Azərbaycanda 2012 – ci ildə ali təhsil ocaqlarında rüşvətin vəziyyətini necə qiymətləndirirsiniz?” sualına cavab olaraq tələbələrin 47 faizi bütün universitet müəllimlərinin rüşvət aldıqlarını, 33 faizi rüşvətin az olduğunu, 20 faizi isə rüşvətin olmadığını bildirib.

2012-ci ildə Azərbaycanın ən korrupsioner üç universiteti də bəlli olub. Bu sırada birinci yerdə Azərbaycan Dövlət İqtisad Universiteti (42%) gəlir. İkinci yerdə Bakı Dövlət Universiteti (30%), üçüncü yerdə isə Tibb Universitetidir (28%).

2012-ci ildə tələbələrin ən böyük problemləri sırasında – birinci yerdə keyfiyyətsiz təhsil (52%), ikinci yerdə rüşvət (31%), üçüncü yerdə isə yol, kirayə və digər xərclərin çox olması (17%) durur.

Texniki avadanlıq, laboratoriyalar və müxtəlif dərs vəsaitlərinin təmin olunması baxımından qiymətləndirməyə gəldikdə isə tələbələrin 55 faizi heç bir irəliləyişin olmadığını, 35 faizi 2011-ci ilə nisbətən irəliləyişin olduğunu, cəmi 10 faizi isə vəziyyətin yaxşı olduğunu bildirib.

Ən keyfiyyətli təhsil verən universitetlər sırasında isə ilk yeri 38 faizlə Qafqaz Universiteti tutur. İkinci yeri Prezident Yanında Dövlət İdarəçilik Akademiyası (23%), üçüncü yeri Bakı Dövlət Universiteti (16%) tutur. Sonrakı yerləri isə Xəzər Universiteti 13, Turizm Universiteti 10 faizlə  paylaşırlar.

Xaricdə təhsillə bağlı son suala gəlincə isə respondentlərin 34 faizi Almaniyada, elə həmin faizi Türkiyədə təhsil almaq istədiklərini bildirdilər. Bu sırada üçüncü yerdə 21 faizlə ABŞ, 4-cü yerdə isə 11 faizlə Kanadadır.

Qeyd edək ki, sorğu Azərbaycanın təhsil portalı olan Telebe.az saytı tərəfindən təşkil olunub. Onlayn anket formasında keçən sorğuda bir həftə ərzində (17-24 dekabr) 2489 nəfər iştirak edib.

Category: Maraqlı | Views: 627 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 20:13
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012