Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 20 » Azərbaycanlıların dini icması ləğv edildi
15:15
Azərbaycanlıların dini icması ləğv edildi

Qazaxıstanda azərbaycanlıların yaratdığı "Fatimə” şiə dini icması ləğv edilib

Qazaxıstanın Almatı şəhərinin Jetisu rayonunda fəaliyyət göstərən azərbaycanlıların yaratdığı "Fatimə” şiə dini icması rəsmi şəkildə ləğv edilib. 

 "Forum 18” saytına istinadən verilən məlumata görə, Almatı İxtisaslaşmış rayonlararası İqtisadi Məhkəməsinin qərarı ilə icmaya məxsus 600 kvadrat metr ərazidəki bir mərtəbəli məntəqə müsadirə edilib. Məhkəmənin qərarı Almatı şəhərinin ədliyyə departamentinin bu ilin noyabrında irəli sürdüyü iddia ilə verilib. İcma üzvlərinin sözlərinə görə, təkrar qeydiyyatdan keçə bilməməklərinə səbəb müsəlmanların sünni dini idarələrinə daxil olmaqdan imtina etmələri olub.
 
Almatının dini işlər üzrə idarəsindən isə bildirilib ki, icmanın təsis sənədləri qaydasında olmayıb. Onların sözlərinə görə, icma sənədlərini qanunauyğun şəkildə qaydasına saldıqdan sonra təkrar olaraq yeni bir icma kimi qeydiyyatdan keçə bilərlər.
 
Dini icmanın sədri Hacı Əzizağa Qəmbərov isə "Forum 18”ə açıqlamasında dini icmanın ləğv olunması barədə danışmaq istəmədiyini və hər şeyin müsbət şəkildə həll olunacağına ümid etdiyini bildirib.
Category: DİN | Views: 505 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 19:43
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012