Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 24 » "Azəryolservis" 20 milyon iddiasına münasibət bildirdi
16:10
"Azəryolservis" 20 milyon iddiasına münasibət bildirdi

Qurum : "Belə uydurma və böhtan xarakterli yazılar sifariş xarakterli olmaqla qurumun fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır"

"Azəryolservis” ASC tərəfindən 20 min ton texniki duzun tədarükü üçün 20 milyon manatın sərf edilməsi barədə yazılanlara münasibət bildirib. 


"Bəzi kütləvi informasiya vasitələrində Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC tərəfindən 20 min ton texniki duzun tədarükü üçün 20 milyon manatın sərf edilməsi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar dərc edilib. Belə uydurma və böhtan xarakterli yazılar sifariş xarakterli olmaqla qurumun fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır. 

Məlumat üçün bildiririk ki, Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-nin aidiyyəti qurumları 2012-2013-cü illərin payız-qış mövsümünə hazırlığını artıq yekunlaşdırmaq üzrədir. Qış aylarında respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər həyata keçirilir. 

Tədbirlər planına görə, yol istismar idarələri tərəfindən qış aylarında ehtiyac yaranacağı təqdirdə avtomobil yollarına səpilməsi üçün bağlanmış müqavilə əsasında 3 min ton texniki duz sifariş olunub. Yol təsərrüfatı sahəsindən xəbəri olmayan mətbuat orqanlarına məsləhət görürük ki, həyata keçirilən tədbirlərlə bağlı yazılarda real faktlara əsaslansınlar".
Category: XƏBƏRLƏR | Views: 370 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 09:46
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012