Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 19 » Bakıda “Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumu keçirilir
11:36
Bakıda “Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumu keçirilir
Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu və bir sıra beynəlxalq qurumların təşəbbüsü ilə "Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumu keçirilir.

Forum iştirakçıları öncə Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını ziyarət ediblər.


"Azərbaycan - mənəvi ənənələr və tolerantlıq” adlı qısametrajlı filmin nümayişindən sonra Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov ölkə prezidenti İlham Əliyevin tədbir iştirakçılarına təbrik müraciətini oxuyub. Açılış nitqi ilə çıxış edən Dini Qurumlarla İş üzrə Komitənin sədri Elşad İsgəndərov tədbirin əhəmiyyətindən danışıb.


Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, Türkiyənin Diyanət işləri başqanı Mehmet Görməz, İran prezidentinin müşaviri, İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Məhəmməd Baqir Xürrəmşad, Küveyt vəqflər və islam işləri nazirinin müavini Adel Abdulla Əl-Fəlah, o cümlədən Misir, Dağıstan və digər ölkələrin rəsmi nümayəndələri çıxış edəcəklər. Üç gün davam edəcək forumda mövzu ilə bağlı bir sıra panellər də keçiriləcək. Sonda isə Bakı Platforması qəbul olunacaq.

Category: XƏBƏRLƏR | Views: 323 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 07:26
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012