Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 21 » Bakıda gənc qızın maşınını əlindən necə aldılar? – TƏFƏRRÜAT
13:04
Bakıda gənc qızın maşınını əlindən necə aldılar? – TƏFƏRRÜAT

Bakıda qəribə maşın oğurluğu hadisəsi baş verib. Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, X.Şuşinski küçəsində yaşayan 1985-ci il təvəllüdlü Əzimzadə Dinara Çingiz qızı maşının qaçırılması barədə 102 xidmətinə məlumat verib. Məlumata görə, D.Əzimzadə Həzi Aslanov küçəsi 28 ünvanının qarşısında "Hyundai” markalı maşınını saxlamaq istəyib. Lakin o, yol kənarında yer tapa bilməyib. Bu zaman gənc xanıma bir nəfər yaxınlaşıb və maşını yaxınlıqdakı avtodayanacaqda saxlamağı təklif edib. Həmin şəxs dayanacaqda işlədiyini bildirib. D.Əzimzadə açarları həmin şəxsə verib və maşını park etməsini xahiş edib.

 

Bir qədər sonra həmin yerə qayıdan 27 yaşlı qadın maşınını tapa bilməyib. Məlum olub ki, həmin şəxs dayanacaqda işləmir və maşını qaçırıb.

 

Polisə məlumat daxil olandan sonra axtarışlar aparılıb. Maşını qaçıran şəxsin 1972-ci il təvəllüdlü Abdullayev Fuad İslam oğlu olduğu müəyyənləşib və o, avtomobillə birlikdə saxlanılıb.

Category: Kriminal | Views: 468 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 15:38
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012