Dünyasını dəyişən şəxs Bakı metropolitenində polis şöbəsinin rəisi, polis polkovniki Əflatun Həsənovun şəxsi heyət üzrə köməkçisi, polis polkovnik-leytenantı, 45 yaşlı Mais Əhmədovdur.
Ötən gecə saat 01 radələrinə M.Əhmədov idarə etdiyi "Mercedes” markalı avtomobillə avtobanla hərəkətdə olarkən qəzaya uğrayıb. "Mercedes” idarəetmədən çıxaraq yolun əks istiqamətinə çıxıb və "Nova" markalı yük maşınına çırpılıb. Nəticədə M.Əhmədov ölüb, onun 25-30 yaşlı qadın sərnişini isə ağır xəsarət alıb.