Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 26 » Bayram günləri ictimai nəqliyyat saat neçəyə qədər işləyəcək?
15:38
Bayram günləri ictimai nəqliyyat saat neçəyə qədər işləyəcək?

Dekabrın 31-də paytaxtda şəhərdaxili nəqliyyat gücləndirilmiş iş rejimində çalışacaq. Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin müdiri Namiq Həsənovun Anspress-ə verdiyi məlumata görə, şəhərdaxili sərnişin avtobusları adətən gecə saat 12-yə qədər işləyirlərsə, bayram gecəsi avtobusların qrafiki 2 saat uzadılacaq.

Bakı Beynəlxalq Avtovağzalı da bayram günləri gücləndirilmiş iş rejimində çalışacaq. Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayevin verdiyi məlumata görə, avtovağzal dekabrın 28-dən yanvarın 6-na qədər gücləndirilmiş iş rejimində çalışacaq. Sərnişin sıxlığını nəzərə alaraq, 200-ə qədər əlavə avtobus xəttə buraxılacaq.

"Əgər adi günlərdə 6-7 min sərnişin vardısa, bayram günlərində onların sayı 14-15 min olacaq. Ona görə də hər bir istiqamətə əlavə avtobuslar çıxarılacaq”, - deyə M.Abdullayev bildirib.

Avtobusların biletlərinin satışı da 10 gün qabaqcadan həyata keçirilir. Bayram günləri biletlərin qiymətinin süni şəkildə artırılmamasına nəzarəti isə Beynəlxalq Avtovağzalda yaradılan "Qiymət Komissiyası” həyata keçirəcək. Əgər hansısa sürücü biletsiz sərnişini avtobusa mindirərsə, həmin sürücü və avtobus xətdən kənarlaşdırılacaq.

Bakı Metropoliteni də bayram günləri gücləndirilmiş iş rejimində işləyəcək. Qurumun mətbuat xidmətindən bildirirlər ki, hələlik bununla bağlı rəsmi sərəncam olmasa da, amma hər il olduğu kimi, bu bayram günlərində də metronun gecə saat 2-yə qədər işləyəcəyi planlaşdırılır.

"Azərbaycan Dəmir Yolları” QSC-də dekabrın 28-dən gücləndirilmiş rejimdə çalışacaq. Sərnişin axınının nisbətən sıxlığı dekabrın 28-30-da da gözlənilir. QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun verdiyi məlumata görə, çoxlu sayda sərnişinlərin daşınmasının təmin olunması üçün bütün daxili istiqamətlərdəki qatarlara əlavə vaqonların qoşulması planlaşdırılır.

Onun sözlərinə görə, bayram günlərində Tiflis istiqamətində böyük sərnişin axını gözlənilir, bununla əlaqədar turist qatarının buraxılması barədə qərar qəbul edilib.

"Turist qatarı dekabrın 28-də Bakıdan yola düşəcək, o, yanvarın 2-də geriyə - paytaxta qayıdacaq. Bundan əlavə, bayram günləri dəmir yolu vasitəsilə yüklərin daşınmasında heç bir problem olmayacaq ", - N.Əzməmmədov qeyd edib.

AZAL-ın xidmət rəisi Məhərrəm Səfərlinin verdiyi məlumata görə, bütün reyslər öz qrafiki üzrə uçacaq. Problem yaranmasın deyə, bütün təhlükəsizlik yüksək səviyyədə təmin olunacaq.
"29, 30 dekabr və yanvarın 2-də Dubaya əlavə reyslər təşkil ediləcək”, - deyə M.Səfərli bildirib.

Yeni ildə Təcili və Təxirəsalınamz Tibbi Yardım Stansiyasının işçiləri də gücləndirilmiş iş rejimində çalışacaqlar. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyevin verdiyi məlumata görə, bayram günü bir növbədə 140 briqada növbə çəkəcək. Yaradılan operativ nöqtələrdə hər bir briqada hazır vəziyyətdə olacaq. Təcili yardım həkimləri 24 saat paytaxt sakinlərinin xidmətində olacaqlar.


Category: XƏBƏRLƏR | Views: 440 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 05:43
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012