Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 17 » BBC Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşiliklərdən yazıb
16:29
BBC Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşiliklərdən yazıb

Saytda Qarabağ münaqişəsi nəticəsində məcburi köçkün düşmüş Əntiqə Qəhrəmanovanın acı taleyindən yazlıb

BBC-də Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşilikləri əks etdirən məqalə yerləşdirilib. ANS PRESS-in BBC-yə istinadən verdiyi məlumata görə, məqalədə Dağlıq Qarabağ münaqişəsi nəticəsində məcburi köçkün düşmüş Əntiqə Qəhrəmanovanın acı taleyindən yazılıb.


Məqalənin müəllifi Əntiqə Qəhrəmanovanın 20 ildir doğma torpağından didərgin salan münaqişənin həll olunmasını gözləyir. Məqalədə ermənilərin Qəhrəmanovanın ailəsinə qarşı törədilmiş insanlığa sığmayan vəhşilik, onların yaşadıqları dəhşətlər yazılıb. 

"Erməni əsgərləri kürəkənimi ağaca bağladırlar və onu diri-diri yandırdılar. Qızımı başından güllə ilə vurdular. Sonra məni və qızımın 4 balasını bütün bunlara baxmağa məcbur etdilər. Ermənilər təpənin üstündə olan 6 yaşlı qız nəvəmi də vurdular. Dedilər ki, sizə belə dərs veririk", - deyə məqalədə Qəhrəmanova bildirib. 

Məqalə müəllifi Damien McGuinness yazır ki, Ə. Qəhrəmanova digər üç nəvəsi ilə birgə qarlı-şaxtalı günlərdə 4 gün kolların arasında gizlənməklə qaça bilib: "20 ildir 3 yetim nəvəmi böyüdürəm". 

80 yaşlı Ə. Qəhrəmanova ən böyük arzusunun öz doğma torpağına qayıtmaq və orada dünyasını dəyişmək istədiyini bildirib.

Məqalədə ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində soydaşlarımızın qaçqın düşməsi, ağır şəraitdə yaşadıqları yazılıb. Həmçinin Azərbaycanın cəbhə bölgəsində mülki şəxslərin tez-tez erməni snayperlərin atəşinə məruz qaldığı da vurğulanır.

Views: 341 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 22:36
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012