Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 19 » “Binə”də aksiya
12:15
“Binə”də aksiya

Bu dəqiqələrdə Binə Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarların etiraz aksiyası davam edir. Məlumata görə, sahibkarlar hər bir mağazaya kassa-aparatlarının qoyulmasından sonra da ticarət mərkəzi rəhbərliyinin aylıq kirayə haqqını azaltmamasına etiraz edirlər. Aksiyada iştirak edən sahibkarlar, satıcılar və onların yaxınları Şıxov-Lökbatan yolunu (Salyan şosesi) bağlayıb.

 

Ticarət mərkəzində fəaliyyət göstərən sahibkar Etibar İsayev  bildirib ki, hazırda rəhbərliklə sahibkarlar arasında danışıqlar aparılır, yol isə hələ də bağlıdır: "Bazarda narazılıq çoxdan var. Səbəb isə kassa-aparatlarının qoyulmasından sonra da kirayə haqqının azaldılmamasıdır. Əvvəllər topdan satışa görə vergini ticarət mərkəzinin rəhbərliyi özü ödəyirdi. İndi isə Kəbirə xanım çalışır ki, mağazalara-anbarlara kassa aparatları qoydursun, bütün yükü sahibkarların boynuna yıxsın, amma əvvəlki haqqı da bizdən alsın. Biz də bununla razılaşa bilmərik”.

 

Sahibkar bildirib ki, hazırda yolda, Lökbatan dairəsi adlanan əraziyə minə yaxın adam  toplaşıb: "Burda ancaq Binə bazarında işləyənlərdi. Sədərəkdə işləyənlər qoşulmayıb. Həm də, danışıqlar davam etdirilir. Amma düşünmürəm ki, bu danışıqlar bir nəticə versin. Yol bağlıdır və tezliklə açmaq fikrimiz yoxdur”.

 

Bu arada məlum olib ki, polis aksiya iştirakçılarına dağılmaq barədə xəbərdarlıq edib. Lakin aksiyaçılar xəbərdarlığa qulaq asmayaraq polis əməkdaşlarına daş və müxtəlif əşyalar atmağa başlayıblar. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

 

Aksiya iştirakçıları arasında saxlanılanların olduğu bildirilir.

 

 

*****

11.38

APA-nın hadisə yerində olan əməkdaşı isə bildirib ki, Binə Ticarət Mərkəzinə gedən magistral yolun Şıx qəsəbəsi ərazisindən keçən hissəsi polis qüvvələri tərəfindən nəzarətə götürülüb. Avtomobillərin ticarət mərkəzi istiqamətinə hərəkəti məhdudlaşdırılıb. Polis əməkdaşları bildiriblər ki, bu addım təhlükəsizlik məqsədi daşıyır. 

 

Hazırda aksiya iştirakçıları Bakının mərkəzinə doğru yürüş etməyə cəhd göstərirlər. 

 

Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova da hadisə yerinə gəlib. O, aksiya keçirənlərlə danışıqlar aparılır.

 

*****

11.24

Binə Ticarət Mərkəzində ticarətlə məşğul olan sahibkarlar aksiya keçirirlər.

 

 Sahibkarlardan biri APA-ya bildirib ki, bu gün mağazaları açmayıblar. Onlar ticarət mərkəzinin rəhbərliyi tərəfindən əlavə ödənişlərin tətbiqinə etiraz olaraq bu addımı atıblar.

 

 

 
 
Category: XƏBƏRLƏR | Views: 663 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 25.04.2024, 11:56
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012