Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 29 » BMT: Bəşər Əsəd 2014-cü ilədək hakimiyyətdə qalmamalıdır
09:17
BMT: Bəşər Əsəd 2014-cü ilədək hakimiyyətdə qalmamalıdır
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Lahdar İbrahiminin Suriya prezidenti Bəşər Əsədin növbəti prezident seçkilərinədək, yəni 2014-cü ilədək hakimiyyətdə qalması ilə bağlı təşəbbüsü barədə xarici mətbuatda yayılmış məlumat əsassızdır. APA-nın məlumatına görə, bu bəyanatla BMT-nin mətbuat xidməti çıxış edib.
Bundan əvvəl xarici mətbuat bu cür təşəbbüsün olması barədə məlumat verirdi, lakin BMT dekabrın 29-da Moskvada İbrahimi ilə Rusiya XİN rəhbəri Sergey Lavrovla planlaşdırılmış görüş öncəsi bunu rəsmi surətdə təkzib edib.
BMT-nin mətbuat xidməti qeyd edir ki, "İbrahimi həmişə çıxışlarında qeyd edir ki, Suriyada dəyişiklər tez bir zamanda baş verməlidir”.
"Yeni hökumət tez bir zamanda formalaşmalıdır və o böhranın 2013-cü ildə sona çatacağını arzulayır, 2014-cü ilədək gözləmək olmaz”, deyə BMT-nin mətbuat xidmətinin bəyanatında bildirilir.
Xatırladaq ki, bir qədər əvvəl Suriya Müxalif və İnqilabi qüvvələrinin Milli koalisiyası (MİQMK) Bəşər Əsədin 2014-cü il prezident seçkilərinə qədər hakimiyyətdə qalmasını nəzərdə tutan layihələri qəbuledilməz olduğunu bəyan edib. MİQMK bəyan edib ki, münaqişənin siyasi həllinə yalnız Əsədin dərhal prezident postunu tərk etdiyi halda razılaşa bilər.
Qeyd edək ki, bir qədər əvvəl KİV-də Suriya prezidenti Bəşər Əsədin Venesueladan siyasi sığınacaq istəməsi barədə məlumat yayılıb.



Category: XƏBƏRLƏR | Views: 332 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 17:14
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012