Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 17 » BMT bundan narahatdır
13:04
BMT bundan narahatdır
[B]BMT İranın tibbi ləvazimatlar və dərman preparatları idxal etməsinə qoyulmuş sanksiyalardan narahatdır.[/B]

Bu barədə BMT-nin koordinasiya şöbəsinin rəsmisi Məhəmməd əl-Munir Səfiyəddin İranın Səhiyyə Quruluşu Təşkilatının sədri Şəhabəddin Sədrə ünvanladığı məktubunda qeyd edib.

O, məktubunda bildirib ki, BMT baş katibi də BMT Baş Assambleyasına verdiyi hesabatında sanksiyaların İran xalqının sağlamlığına vurduğu təsirlərindən narahatlığını dilə gətirib: "Ona görə də sizdən sanksiyaların İran xalqının sağlamlığına, xüsusilə tibb sahəsinə təsirlərinin mənfi nəticələri barədə BMT-yə lazımi sənədləri, dəlilləri və statistikanı təqdim etməyinizi istəyirəm”.

Qeyd edək ki, İranın Səhiyyə Quruluşu Təşkilatının sədri Şəhabəddin Sədr ötən ay BMT baş katibi Pan Gi Muna məktub ünvanlayaraq, ölkəsinin dinc məqsədli nüvə enerjisindən faydalanmaq hüququ olduğunu qeyd edib. Eyni zamanda məktubda Tehrana qarşı Qərb ölkələrinin birtərəfli sanksiyalar tətbiq etməsinə etiraz bildirilib, İranın tibbi ləvazimatlar və dərman preparatları idxal etməsinə qoyulmuş embarqoya BMT və digər insan haqları təşkilatlarının səssiz qalması tənqid olunub.
Views: 314 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 09:21
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012