Təhlükəsizlik Şurası İranın daha 2 şirkətinə qarşı sanksiya qəbul edib.
Məlumata görə, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Süzan Rays açıqlama verib. O bildirib ki, İranın "Yas Air” və "SAD Import-Export” şirkətləri qanunsuz silah daşınmasında təqsirləndirildiyi üçün BMT TŞ-nın sanksiya siyahısına daxil edilib. S. Raysın sözlərinə görə, bu iki şirkət Suriyaya silah daşınması ilə məşğul olduğu üçün fəaliyyətinə məhdudiyyət tətbiq edilib.
|