Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 7 » Bolnisidə işgəncəyə məruz qalan azərbaycanlı ailənin başçısı qəflətən vəfat edib - FOTO
09:28
Bolnisidə işgəncəyə məruz qalan azərbaycanlı ailənin başçısı qəflətən vəfat edib - FOTO
Gürcüstanın Bolnisi rayonundakı Aşağı Qoşakilsə kəndində silahlı hücuma məruz qalan azərbaycanlı ailənin başçısı, 65 yaşlı Yasın Şirinov dünyasını dəyişib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisədən keçən iki ay  ərzində bədənində ağrılar hiss edən Yasin Şirinov qəflətən vəfat edib.

 

Qohumların və yaxınlarının söylədiyinə görə, işgəncəyə məruz qaldığı zaman Y. Şirinovun  daxili orqanları zədələnib.

 

Xatırladaq ki, Yasin Şirinovun ailəsi, o cümlədən onun həyat yoldaşı Nargül Şirinova, oğlu Azər Şirinov və gəlini Xəyalə Şirinova, eyni zamanda iki kiçik yaşlı uşaqları işgəncələrə məruz qalıblar. Ötən ilin oktyabrın 21-dən 22-nə keçən gecə 5 nəfər silahlı dəstədən ibarət naməlum şəxslər Şirinovlar ailəsinə hücum ediblər. Hücuma məruz qalan ailənin bütün üzvlərinə işgəncə, əzab-əziyyət verilib və Yasin və oğlu Azər Şirinovu döyüb, dişlərini sındırıb, avtomatın qundağı ilə dəfələrlə zərbələr vurublar. Maskalı və silahlı dəstə işgəncə nəticəsində ailədən 400 lariyə yaxın pul, 3 ədəd qızıl zəncir və digər zinyət əşyası alıb.

 

Qeyd edək ki, silahlı hücum zamanı işgəncəyə məruz qalan ailə həmin gecə Bolnisi rayon xəstəxanasına aparılıb.

Category: Faciə | Views: 811 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 10:15
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012