Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 18 » Brayza Azərbaycan "ərəb baharı"ndan danışdı
10:24
Brayza Azərbaycan "ərəb baharı"ndan danışdı
Vaşinqtonda Ceymstaun fondunda "Azərbaycan və onun regional, Avropa və translantik tərəfdaşları” mövzusunda konfrans keçirilib

İslamazeri.az-ın "amerikanınsəsi"nə istinadən verdiyi xəbərə görə, konfransda ABŞ-Azərbaycan strateji tərəfdaşlığı, ABŞ-ın Trans-Xəzər regionunda siyasəti, Azərbaycanın region ölkələri ilə münasibətləri və beynəlxalq əlaqələri, Dağlıq Qarabağ münaqişəsinin həll olmamasının regional təsirləri kimi geniş mövzular müzakirə olunub. 

Tədbirdə ABŞ-ın Cənubi Qafqaz regionunda siyasətinin keçmişi və gələcəyi mövzusunda ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Tallində Beynəlxalq müdafiə araşdırmalq mərkəzinin direktoru Metyu Brayza məruzə ilə çıxış edib.Brayza Azərbaycan Amerika münasibətlərinin gələcək perspektivləri, ABŞ-ın Azərbaycanda strateji maraqları, Daqlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən danışıb.

O, Azərbaycan cəmiyyətinin bugünkü durumunu təhlil edərək, ölkədə hakimiyyət strukturlarının bir qrupun əlində cəmləşməsi faktını qeyd edərək, gənc nəslin bu vəziyyətlə razılaşmadığının şahidi olduğunu bildirib. 
"Ölkədə gənc dinamik gənclər var. Onlar beynəlxalq şirkətlərdə, enerji, telekommunikasiya sektorunda işləmək kimi imkanların olduğunu bilir və etirazlarını küçələrdə bildirmək üçün bu imkanlardan imtina edib-etməməyi düşünürlər. Fikrimcə, Ərəb baharı dövrü etiraz dalğasının böyüməsinin qarşısını saxlayan da məhz həmin bu hesablamalar olub. Lakin bu nə vaxta kimi belə davam edəcək?”-deyə Metyu Brayza sual edib.

islamazeri.az
Category: XƏBƏRLƏR | Views: 339 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 12:32
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012