Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 20 » Bu il 20 Yanvar şəhidlərini ziyarət edənlər çoxalıb (VİDEO)
15:31
Bu il 20 Yanvar şəhidlərini ziyarət edənlər çoxalıb (VİDEO)

Şəhidlər Xiyabanına insan axını davam edir

Bu gün Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi sayılan 20 yanvar hadisəsindən 23 il ötür. 20 yanvar hadisəsinin qurbanlarının və şəhidlərinin dəfn olunduğu Şəhidlər Xiyabanında hazırda anım mərasimi keçirilir. 


Saat 12:00-da ölkə ərazisində şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Dənizdə gəmillər hal-hazırda eşidilir, fit verir. Bütün avtomobillərin, metronun ümumiyyətlə nəqliyyatın hərəkəti dayandırıldı. Şəhidlər Xiyabanını ziyarətə gələnlərdə şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla andılar. Səhər saatları olmasına, 23 il ötməsinə baxmayaraq xiyabana axın davam edir. Ötən illərdən fərqli olaraq demək olar ki, bu il ziyarətçilərin sayı daha çoxdur. İlk öncə cənab prezident İlham Əliyev, baş nazir, millət vəkilləri və digər ictimai-siyasi xadimlər, dövlət rəsmiləri Şəhidlər Xiyabanını ziyarət etdilər. Prezident İlham Əliyev "Əbədi məşəl” abidəsi önünə əkil qoydu, şəhidlərin ruhunu andı. Hazırda da Şəhidlər Xiyabanına ziyarət davam edir.

Qeyd edək ki, Şəhidlər Xiyabanı istiqamətində bütün yollarda nəqliyyatın hərəkəti dayandırılıb, insanların hərəkəti məhdudlaşdırılıb. FHN-nin qarşısında mühafizə orqanlarının əməkdaşlarından ibarət mühafizə səddi qurulub. İnsanlar tədricən, mərhələ-mərhələ xiyaban istiqamətinə buraxılır. Ziyarət bitdikdən sonra ziyarətçilər İçəri şəhər metrosu istiqamətinə doğru piyada hərəkət edir. Hal-hazırda insanların ziyarətində heç bir problem yoxdur. Mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım maşınları da Şəhidlər Xiyabanı istiqamətində işə cəlb ediliblər. 


Category: Mənəviyyat | Views: 740 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Friday, 26.04.2024, 08:18
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012