Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 18 » Bu il Ermənistan 44, Azərbaycan isə 94 hərbi qulluqçusunu itirib
10:26
Bu il Ermənistan 44, Azərbaycan isə 94 hərbi qulluqçusunu itirib


Bu il Ermənistan Silahlı Qüvvələri 44 hərbi qulluqçusu ölüb ki, bu da keçən illə müqayisədə 5 fakt çoxdur. "Kavkazskiy Uzel” portalının verdiyi məlumata görə, bu statistikanı hüquq müdafiəçisi, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisin rəhbəri Artur Sakunts açıqlayıb.

Onun sözlərinə görə 44 ölüm faktlardan 12-si cəbhədə atışma zamanı, 8-i intihar, 14-ü bədbəxt hadisə, 2-si silahla ehtiyatsız davranış, 3-ü qətl nəticəsində, 5-i hərbi qulluqçuların səhhəti ilə bağlı baş verib. Hüquq müdafiəçisi həmçinin qeyd edib ki, bütün faktlar üzrə cinayət işləri başlanılıb, istintaq davam edir, islam.az "Dəyərlər"ə istinadla xəbər verir. 

2012-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru 94 nəfər itirib. Ötən müddətdə 87 nəfər yaralanıb və ya xəsarət alıb. Müvafiq dövrdə dünyasını dəyişənlərin 15-i döyüş (15 nəfər erməni gülləsi), 3-ü mina, 1-i əməliyyat, 75-ü isə qeyri-döyüş itkiləridir: "8 nəfər bədbəxt hadisədən (dəm qazından boğulma, elektrik cərəyanı vurma, üzərinə beton düşmə, suda boğulma, yıxılma), 16 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 8 nəfər ehtiyatsızlıqdan, 10 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 13 nəfər xəstəlikdən dünyasını dəyişib. 

19 nəfər intihar edib. Dünyasını dəyişənlərin 82-i Müdafiə Nazirliyinin, 5-i Dövlət Sərhəd Xidmətinin, 4-ü Daxili Qoşunların, 2-si Milli Təhlükəsizlik Nazirliyinin, 1-i isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularıdır”.

Yaralılara və xəsarət alanlara gəlincə onların 14-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 2-si intihara cəhddən, 13-ü erməni gülləsindən, 11 nəfər mina partlayışından, 1-i xəstəlikdən, 8-i bədbəxt hadisədən (donvurma, qonşusunun bıçaq yarası, üzərinə beton düşmə, əqrəb sancma, yanma), 3-ü əməliyyat tədbirlərindən, 35-i isə avtoqəza nəticəsində yaralanıb və ya xəsarət alıb.

80 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu (o cümlədən 2 nəfər Ali Hərbi Məktəbin kursantı), 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçusu, 1 nəfər Daxili Qoşunların hərbi qulluqçusu, 1 nəfər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, 1 nəfər isə FHN Akademiyasının müdavimidir. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıb.

Category: XƏBƏRLƏR | Views: 392 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 14:19
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012