Main » 2012 » December » 19 » Cəlilabadda məktəbdə qız üstündə qan töküldü
16:32 Cəlilabadda məktəbdə qız üstündə qan töküldü |
| Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan Cəlilabad rayon sakini Fərid Təhməzovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Xəbər verilir ki, ittihama görə, bu ilin mayın 13-də Cəlilabad rayonunun Göytəpə kəndinin 2 saylı orta məktəbdə, 10-cu sinif şagirdi, 1996-ci il təvəllüdlü Fərid Təhməzov mübahisə edərək öz sinif yoldaşı, 1995-ci il təvəllüdlü Qürbət Manafovu məktəbin həyətində bıçaqlayıb.
Xəstə yaralı vəziyyətdə Cəlilabad şəhər Mərkəzi Xəstəxanasına aparılıb və ona ilkin tibbi yardım göstərilib. Böyrək nahiyəsindən aldığı yara ağır olduğundan o, daha sonra dəqiq müayinə üçün Lənkəran şəhərinə aparılıb. Ona tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olub.
Araşdırmalar zamanı müəyyən edilib ki, Qürbət Manafov məktəbdə Fərid Təhməzovun sevdiyi qıza söz atıb. Bu zaman məktəblilər arasında mübahisə yaranıb. Mübahisə sonradan davaya çevrilib. Dava zaman Fərid Təhməzov özündə olan bıçaqla Qürbət Manafova bir neçə zərbə vurub.
Hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Fərid Təhməzov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. |
|
Category: Kriminal |
Views: 419 |
Added by: Seymur86
| Rating: 0.0/0 |
|
|
Login |
|
|
|
Axtarış |
|
|
|
Təqvim |
|
|
|
Dostlar |
|
|
|
Kateqoriyalar |
|
|
|