Azeri-Xeber.ucoz.com Çin medyasına istinadən xəbər verir ki, Çin İctimai Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat dekabrın 18-də başlanmışdı.
Xilas edilmiş uşaqların DNT nümunələri götürülüb və onlar uşaqları oğurlanmış ailələrin mənsublarının DNT testlərinin nəticələri ilə tutuşdurulub. Bu minvalla onlarla oğurlanmış uşaq ailələrinə qaytarılıb.
Uşaq oğruları ələ keçirdikləri körpələri yoxsul ailələrə 30 min yuana, varlı ailələrə isə 90 min yuana satırlar.
Çində 2009-cu ildən bəri uşaq oğurluğu və satışı ilə məşğul olan 11 min dəstə zərərsizləşdirilib, 54 min uşağın həyatı xilas edilib.