Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 30 » Dəhşətli qətl: Ana rus gəlini qəbul etmədi, qardaş qardaşı öldürdü
09:21
Dəhşətli qətl: Ana rus gəlini qəbul etmədi, qardaş qardaşı öldürdü

Masallı rayonunda baş vermiş qətl hadisəsinin təfərrüatları açıqlanıb. Köhnə Alvadı kəndində yaşayan 56 yaşlı Rasim Abıyev qardaşı Əfqan Abıyevi ailə münaqişəsi zəminində qətlə yetirib.

Azeri-Xeber.ucoz.com-un məlumatına görə, 43 yaşlı Əfqan Abıyev xeyli müddət Rusiya Federasiyasında yaşayıb və orada işləyib. Bir neçə il əvvəl o, Rusiyada evləndiyi rus qadın və qızı ilə birlikdə kəndə qayıdıb. Anası oğlunun həmin qadınla evliliyinə qarşı çıxıb və onların ata evində yaşamasına icazə verməyib. 

Bundan sonra Əfqan Abıyev ailəsini də götürərək Bakıya qayıdıb və burada ev kirayə tutub. O, bu müddət ərzində dəfələrlə kəndə anasının yanına da gedib və hər dəfə anasından kəndə köçmək üçün razılıq almağa çalışıb. Lakin qadın buna icazə verməyib. Hər dəfə də Əfqan Abıyev kənddə olarkən inadına görə yaşı 70-i ötmüş anasını döyürmüş.

Bundan xəbər tutan Əfqan Abıyevin böyük qardaşı Rasim məsələyə müdaxilə edib. Anasının döyülməsinə dözə bilməyən 56 yaşlı kişi belə hadisələrdən biri baş verən vaxt gecə saatlarında evə gəlib. O, qardaşı Əfqanın anasını yenə vurduğunu görüb. Buna görə də qardaşı ilə dalaşıb. Kiçik qardaşının hərəkətlərinin qarşısını ala bilməyən Rasim Abıyev daha sonra bıçağa əl atıb. O, bıçaqla Əfqana iki ölümcül zərbə endirib. Əfqan Abıyev ölüb, o isə Polis Şöbəsinə gedib əməlini etiraf edərək təslim olub.

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. 
Category: Faciə | Views: 419 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 07:51
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012