Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 22 » DTK polkovnikinin dedikləri təsdiqlənir
10:27
DTK polkovnikinin dedikləri təsdiqlənir

İlham İsmayıl: "Milli-azadlıq hərəkatı başlayanda artıq DTK-nın burda agentura şəbəkəsi vardı, YAP yarananda da onun içində agentlər var idi”

İstefada olan DTK polkovniki Eldəniz Əliyevin qəzetimizə verdiyi müsahibə geniş rezonans doğurub. Onun Əbülfəz Elçibəyin mühakiməsi, deputat Fəzail Ağamalı vasitəsilə ələ keçməsi, öndə gedən ziyalıların agent olması ilə bağlı iddiaları birmənalı qarşılanmayıb.

E.Əliyev müsahibədə deyib ki, F.Ağamalının Elçibəyin yaratdığı dərnək haqda yanlış adama məlumat verməsi ikincinin həbsinə səbəb olub.

Ancaq bu fikirlər birmənalı qarşılanmayıb. Bir çoxları polkovnikin hadisələri dramatikləşdirdiyini iddia edir. Xüsusən də xalq ziyalılarının əksərinin agent olması ilə bağlı iddiaları etirazlara səbəb olub.

Doğrudanmı, DTK bu qədər təsir imkanlarına sahib idi, onun zabitləri ziyalıları nəzarətdə saxlamaları real idimi?

Mövzu ilə bağlı sabiq təhlükəsizlik zabiti, SSRİ dövründə və müstəqillikdən sonra Azərbaycan MTN-də yüksək postlar tutmuş polkovnik-leytenant İlham İsmayılla danışdıq. O, E.Əliyevin açıqlamalarının həqiqət olduğunu deyir.

İ.İsmayılın fikrincə, polkovnikin agentura məsələləri ilə bağlı dedikləri tamamilə həqiqətdir: "Eldəniz müəllim peşəkarlardan biridir. O, həm sovet dövründə, həm də müstəqillik illərində peşəkar, işini bilən kadr hesab olunurdu. Buna görə də həm köhnə kadrlar, həm də yeni nəsil arasında onun hörməti böyükdür. Onun müsahibəsinə gəldikdə isə deyə bilərəm ki, tamamilə həqiqətdir, heç bir yanlışlıq yoxdur. ”Baharın 17 anı" filmində məşhur bir kadr var. Ştirlis rabitəçini sorğu-sual edir, Borman bu prosesə qulaq asır və orda bir cümlə deyir: "Səhvsiz”. Eldəniz Əliyevin müsahibəsi haqda da eyni fikri söyləmək olar. Yəni tamamilə qərəzsiz və dəqiq".


Milli-azadlıq hərəkatı daxilində agentlərin olması iddiasına gəlincə isə İ.İsmayıl deyir ki, həm hərəkat daxilində, həm də o dövrdə fəaliyyət göstərən siyasi təşkilatlarda DTK agentləri var idi. İ.İsmayıl bunu təbii hesab edir: "Mən bu barədə vaxtilə mətbuata demişəm. Milli-azadlıq hərəkatı başlayanda artıq DTK-nın burda agentura şəbəkəsi vardı. ”Çənlibel" hərəkatından başlayaraq hərəkatda, sonra AXC daxilində DTK-nın adamları vardı. O zaman mənim kurator olduğum ərazilər Gəncə və Xanlar rayonu idi. Həmin vaxt yerli hərəkatçıların bir qismini əməkdaşlığa cəlb eləmişdik. Agent həddən artıq pis şəkildə təqdim olunur, onlar bəli, bizə xəbər verirdilər, lakin həm də biz onları istiqamətləndirirdik. Bir faktı da deyim ki, biz o zaman heç də sıravi işçiləri cəlb eləmirdik, maksimum dərəcədə aparıcı şəxsləri, proseslərə təsir imkanları olan, hadisələrə təsir edə bilən cəbhəçiləri cəlb edirdik. O zaman təhlükəsizlik orqanlarının agentura şəbəkəsi vardı, mütəmadi informasiya alırdıq, bizim işimiz bu idi.


Bir şeyi də deyim. İndi hər kəs AXC-dən danışır, onun içində agentlərin olduğu haqda məlumatlar yayılır. Amma YAP özü yarananda da onun içində agentlər var idi. Təhlükəsizlik orqanlarına məlumat ötürən agentlər mövcud idi. Bu agentura sistemi yenə də davam edir".


Eldəniz Əliyevin iddia elədiyi kimi, Elçibəyin məhz F.Ağamalının bir nəfərə yanlış məlumat verməsi ilə həbs olunmasına gəldikdə isə İ.İsmayıl bunu mümkün sayır. Onun sözlərinə görə, mümkündür ki, F.Ağamalının söhbətləri həbs üçün yekun informasiya rolunu oynayıb: "Niyə də real olmasın? Unutmayın ki, informasiyaları heç də həmişə ”sinidə" gətirib vermirlər. Heç də həmişə məlumatlar keçirilən böyük əməliyyat və ondan çıxarılan nəticələr əsasında ortaya çıxmır. Bəzən adi bir xəbərdən, sızıntıdan informasiya ortaya çıxır. Ona görə də Elçibəyin həbsi məsələsinin və ümumiyyətlə bu prosesin Ağamalının yanlış adama informasiya verməsi ilə başlaması tamamilə realdır. Təbii ki, təkcə bir informasiyaya görə adamı həbs etmirdilər. Görünür, ondan əvvəl də məlumatlar gəlib, sadəcə həbsə səbəb olan və ya həlledici məlumat o olub. Amma bütün hallarda bu şəkildə olması tamamilə realdır. Bu mənada Eldəniz müəllimə müsahibəsinə görə həm peşəkarlığı nöqteyi-nəzərindən, həm də həqiqətə işıq tutduğu üçün təşəkkür edirəm".
Category: XƏBƏRLƏR | Views: 523 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Friday, 26.04.2024, 00:13
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012