Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 27 » Dünyanın ən qəribə dini - Təyyarəyə ibadət edirlər - FOTOLAR- VİDEO
12:13
Dünyanın ən qəribə dini - Təyyarəyə ibadət edirlər - FOTOLAR- VİDEO

"Daşınan yükə sitayiş etmə” kimi başa düşülən Karqo kultu ( ingliscə:  cargo – yük, cult – ayin, ibadət) Sakit okeanın Melaneziya adalarında II Dünya Müharibəsi dövründə yaranmış qəribə dindir. Onun mənsubları inanırlar ki, təyyarədən endirilmiş yüklər əcdadlarının ruhları tərəfindən yaradılıb və melaneziya xalqı üçün nəzərdə tutulub.

II Dünya Müharibəsində Yaponiya İmperiyasına qarşı aparılan Sakit okean kampaniyası zamanı Amerika desantları Melaneziya adalarında yerə enərkən gətirdikləri külli miqdarda ərzaq, sənaye məhsulları və təhcizat yüklərini yerli əhali ilə paylaşdılar. Ordunu lazımi avadanlıqla təhciz etdikdən sonra konserv, geyim, çadır və s. vasitələri qonaqpərvər ada sakinləri ilə bölüşən əsgərlər onların həyat şəraitini yaxşılaşdırmağı düşünsələr də, bu addım yerli xalqın yaşayışı ilə yanaşı, dini etiqadlarına da əhəmiyyətli təsir göstərdi, yeni inancın yaranmasına səbəb oldu.

Melaneziyalılar təyyarə yüklərini əcdadlarının ruhları tərəfindən onlara bəxş edilən "müqəddəs ərməğan” sayıb konserv bankalarına, çadırlara və digər mallara sitayiş etməyə başladılar. İnanca görə, "yadellilər”, yəni amerikalı əsgərlər onların əjdadlarının ruhları ilə xüsusi əlaqəyə malikdirlər və bu var-dövləti həmin ruhlardan əmanət götürüb onlara verdilər. 

Müharibədən sonra hərbi hava bazaları boşaldıqda, göydən yükün kəsildiyini görən yerli əhali "yeni kargonun gəlişi üçün durmadan çalışmağı” öz inanclarının əsası hesab etməyə başladılar. Bu baxımdan onlar yadelli əsgərlərin, dənizçilərin və təyyarəçilərin fəaliyyətlərini imitasiya edir, onlara bənzəməyə çalışırdılar. Məsələn, onlar kokos palmalarından və samandan "dispeçer qüllələri”, eyni ölçülü təyyarə maketləri qurur, taxta qulaqcıqlar hazırlayıb geyinir, təyyarələr üçün uçuş və eniş zolağına bənzər sahələr düzəldir, onları məşəllərlə bəzəyirdilər.

Kultun mənsubları inanırdılar ki, bu tikililər ruhların elçisi sayılan təyyarələri özünə cəlb edəcək. Onlar müntəzəm olaraq hərbi marşlara və sıra təlimlərinə bənzər dini rəqslər edir, yüklərin yenidən gəlişini səbirsizliklə gözləyirdilər. Sonda bütün bunların nəticə vermədiyini görən melaneziyalılar müharibədən əvvəlki inanclarından tamamilə əl çəkib, yalnız aerodrom və təyyarələrə sitayiş etməyə başladılar.  

Əslində bu qəribə dinin mənsubları istehsal, sənaye, kommersiya anlayışlarının mahiyyətindən tamamilə uzaqdırlar. İbtidai dünyagörüşünə malik karqo kultunun nümayəndələrinin müasir sivilizasiya haqqında təsəvvürləri epizodik xarakter daşıyır.

Son dövrlər Melaneziya adalarında Karqo kultuna inananlar xeyli azalıb. Yalnız Tanna adasında bu qəribə dinə sitayiş edənlərin sayı hələ də çoxdur.

Əliheydər

Category: Maraqlı | Views: 606 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 17:01
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012