Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 17 » Ekoloq Telman Zeynalov: “Qəbələ RLS-də radioaktiv maddələr yoxdur”
12:43
Ekoloq Telman Zeynalov: “Qəbələ RLS-də radioaktiv maddələr yoxdur”
"Media forum” saytına danışan ekoloq Telman Zeynalov Qəbələ RLS-in bağlanmasının çox müsbət hadisə olduğunu deyib: "Qəbələ RLS-in istifadəsi Azərbaycan təbiətinə ciddi ziyan vurub. O bölgənin meşələrindəki cır meyvə ağacları məhv olub, kənd təsərrüfatı məhsullarının istehsalı 60-70 faiz aşağı enib. RLS insan psixologiyasına, genetikasına da mənfi təsir göstərirdi. Elektromaqnit dalğalarının təsirindən ətraf ərazilərdə xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı artmaqda idi”.
 
"RLS sökülərsə, radioaktiv maddələrin yayılması təhlükəsi varmı” sualını ekoloq belə cavablandırıb: "Qəbələ RLS-də radioaktiv maddələr yoxdur. Qəbələ RLS-də yalnız şüa alıb ötürən radioelektronika avadanlıqları vardı. Yəqin Rusiya tərəfi bu avadanlıqları çoxdan çıxarıb. Stansiyanın altında 30-50 metr dərinliyində atom reaktoru var. Elektrik kəsiləndə bu reaktordan istifadə olunurdu. Atom reaktorunu soyutmağa külli miqdarda su işlənir, çirkli su isə qrunt sularına vurulurdu. Bu çirkab suları əkin sahələrini məhv edib. Həmin torpaqlarda adi həşərata da rast gəlmək mümkün deyil, canlı aləm məhv olub. İndi RLS-in fəaliyyəti dayandırıldı. Bu, həmin ərazidəki əkin sahələrinə, canlı aləmə müsbət təsir edəcək”.
 
1985-ci ildən istismar olunan Qəbələ RLS dekabrın 10-da fəaliyyətini dayandırıb. 6 min kilometr məsafədə hava məkanını nəzarətdə saxlayan bu stansiya 2002-ci ildə Rusiyaya icarəyə verilmişdi. İcarə müddəti 2012-ci ilin dekabrında başa çatıb.
Views: 439 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 14:48
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012