Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 30 » “Ermənilər əlavə sənəd hazırlaya bilər”
11:10
“Ermənilər əlavə sənəd hazırlaya bilər”
Səməd Seyidov: "Azərbaycan Ştrasserin siyahısı ilə işləmir”

"Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik edəcək. Nazirlər Komitəsinə sədrlik müddəti altı ay olacaq. Nazirlər Şurasına sədrlik məsələsi Avropa Şurasına üzv ölkələrin arasında əlifba sırası ilə həyata keçirilir”. Bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. O bildirib ki, sıraya əsasən Avstriyadan sonra Azərbaycan bu quruma rəhbərlik edəcək: "Azərbaycanın bu quruma rəhbərliyi təxminən 2014-cü ilin yanvarına düşəcək”.


Səməd Seyidov Azərbaycan mətbuatına təəccübləndiyini vurğulayıb: "Dünən qəzetlərə baxmışam, hamısı qeyd edir ki, Kristofer Ştrasserin siyahısından 13 nəfər azad edilib. Bəyəm mətbuatda işləyən insanlar nümayəndə heyətlərinin bəyanatlarını oxumurmu? Biz dəfələrlə qeyd etmişik ki, Ştrasserin tərtib etdiyi siyahı və məruzəsi ilə işləmirik. Heç olmasa Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debone Qrexin və Aqramunın hazırladığı məruzəni oxumaq lazımdır. Həmməruzəçilərin hazırladığı məruzədə insan haqları ilə bağlı məhbusların adları çəkilir. Bu məruzədə də siyahı var. Biz təbii ki, bu məruzəni nəzərə alır və işləyirik. Amma qəzetlərimiz bu məruzəyə deyil, Kristoferin siyahısına istinad edəndə mənim gülməyim tutdu. Ştrasserin siyahısı bizim üçün maraqlı deyil. Azərbaycan bu məruzə ilə işləyə bilməz, çünki onun məqsədi başqadır. Konstruktiv şəkildə Avropa Şurasının Monitorinq Komitəsinin bizə təqdim etdiyi və bizim də cavab hazırladığımız məruzə ilə işləyirik”. 

Məlumat üçün xatırladaq ki, dekabrın 28-də sosial şəbəkələrdə Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debone Qrexin və Aqramunın hazırladığı məruzənin qəbul edilmədiyi haqqında xəbərlər yayılıb.

Səməd Seyidov isə buna cavab olaraq deyib ki, sosial şəbəkələrdə çox fikirlər yayıla bilər: "Artıq Avropa Şurası Parlament Assambleyasının sessiyasının gündəliyi açıqlanıb və bu məsələ gündəliyə salınıb”.

Səməd Seyidov Avropa Şurasının yanvar sessiyasında Azərbaycan nümayəndə heyətinin erməni təxribatlarına hazır olduğunu bildirərək qarşı tərəfin sessiyaya hansısa sənəd təqdim edəcəyini ehtimal edib: "Mən 12 ildir ki, Avropa Şurasındayam. Bu illər ərzində Avropa Şurasında Azərbaycanla bağlı məsələlər olanda erməni nümayəndə heyəti öz qeyri- obyektivliyini ortaya qoyub. Hətta heç nə olmayanda belə, onlar cəhd göstərirlər ki, hansısa məsələni gündəmə gətirsinlər. Təbii ki, yanvar sessiyasında Azərbaycanı istəməyən qüvvələr ermənilərlə birləşəcəklər. Buna şübhə yoxdur”.

Nümayəndə heyətinin üzvü yanvar sessiyasında Dağlıq Qarabağ məsələsinin müzakirəsi, habelə bir milyona qədər məcburi köçkün məsələsinin müzakirə ediləcəyini vurğulayıb: "Düşünürəm ki, erməni nümayəndə heyəti bu sənədə ciddi müdaxilə edə bilmədiyinə görə ola bilsin Dağlıq Qarabağla bağlı əlavə sənəd hazırlayacaq. Onlar bu yolla Monitorinq Komitəsinin Dağlıq Qarabağla bağlı sənədinin qeyri-obyektiv olduğunu ifadə etməyə cəhd edərlər. Amma bir şeyi yaddan çıxarmaq lazım deyil. Monitorinq Komitəsinin sənədi Avropa Şurasının adından gedir. Ermənilərin hazırladığı sənəd isə Ermənistanın adından gedəcək”.
Category: XƏBƏRLƏR | Views: 384 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 06:57
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012