Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 21 » Ermənistan boşalır: Doğum və evlilik faizi azalıb, ölkədən gedənlərsə, qayıtmır
17:03
Ermənistan boşalır: Doğum və evlilik faizi azalıb, ölkədən gedənlərsə, qayıtmır

Ermənistanda doğum və evlilik sayı ilbəil azalır. Publika.Az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, 2011-ci ildə Ermənistanda 43,3 min doğum qeydə alınıb. Bu isə 2010-cu illə müqayisədə 1485 doğum azdır. 

Qeyd edək ki, bu məlumat Ermənistan Nazirlər Kabinetində təsdiqlənən "Ermənistanın demoqrafik vəziyyətinin yaxşılaşması” proqramında yer alıb.
 
Sənəddə bildirilir ki, son 6 ilin doğum göstəricisi nəzərə alınarsa, 2012-ci ildə doğum sayının 40 mindən də aşağı düşəcəyini ehtimal etmək olar. Müqayisə olaraq göstərilir ki, bu rəqəm 1990-cı ildə təxminən 80 mindən çox idi. 

Proqramda doğum sayına təsir edən əhəmiyyətli faktorlardan olan evlilik sayının da son illərdə azaldığı diqqətə çatdırılır. Əhalinin təbii artımında da azalma qeydə alınıb. 2012-ci ilin yanvar-iyun aylarında təbii artım keçən ilin eyni dövrü ilə müqayisədə 0,33 faizdən 0,26 faizə düşüb.

Ermənistanda əhalinin say artımına mənfi təsir göstərən amillərdən biri də ölkədən xarici gedənlərin qayıtmamasıdır. Rəsmi statistik məlumatlara əsasən, bu ilin 11 ayı ərzində 2 milyon 53 min nəfər ölkə vətəndaşı ölkəni tərk etsə də, onların yalnız 1 milyon 981 min nəfəri geri qayıdıb. Ölkəyə qayıtmayanların sayı təqribən 72 min nəfər olub. Əgər, son üç ilin mənfi saldosunu da nəzərə alsaq, bu müddət ərzində Ermənistanı tərk edənlərin sayı 155 min nəfər və ya rəsmi ölkə əhalisinin 5 faizini təşkil edib.

Nəzərə alınmalıdır ki, rəsmi statistika bu ölkədə əhali sayını şişirdərək 2,9 miliyona çatdırır, halbuki ATƏT bu rəqəmin 2 miliyondan az olduğunu bildirir.

Category: XƏBƏRLƏR | Views: 463 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 09:57
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012