Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 22 » Freedom House təşkilatının cənubi Qafqaz üzrə təhlilçisi: "Azərbaycanda insan haqları sıfırdan aşağıdır"
10:25
Freedom House təşkilatının cənubi Qafqaz üzrə təhlilçisi: "Azərbaycanda insan haqları sıfırdan aşağıdır"

Freedom House təşkilatının "2013-cü il - Dünyada Azadlıq" hesabatının Azərbaycana dair hissəsinin müəllifi, təşkilatın Cənubi Qafqaz üzrə təhlilçisi Katherine Machalek BBC Azərbaycancaya müsahibə verib. Onunla Leyla Nəcəfli söhbət edib.

Sizin təşkilatınızın bu ilki hesabatına əsasən, ən şiddətli repressiyalar Avrasiya regionunda baş verir. Bəs Azərbaycan bu münasibətdə, Avrasiya ölçüsündə hansı durumdadır?

Azərbaycanın müstəqilliyindən sonra, 90-cı və 2000-ci illərdə bir qədər qarışıqlı vaxt var idi, xüsusilə Qafqazda islahatların baş verməsi gözlənirdi. Rusiya, Qazaxıstan və ya Türkmənistan kimi ölkələrdə o qədər gözlənti yox idi. Amma gördüyümüz odur ki, Azərbaycan avtoritarizm istiqamətində irəliləyib. Xüsusilə son 1-2 il ərzində jurnalistlər və azad toplaşma hüququna qarşı sıxışdırmalar getdikcə sərtləşib. Azərbaycanda hazırki durum çox pisdir. Ötən ilki hesabatımızda görə bilərsiniz ki, Azərbaycan bir neçə sahədə xal itirib və bunların bir çoxu bu sıxışdırmalara görə olub. Hakimiyyətə qarşı etirazlara heç bir tolerantlıq yoxdur, universitetlərdə tələbələr siyasi fəallıqlarına görə təzyiq altındadırlar, dini praktikaya qarşı təzyiqlər var və sair. 2012-ci ildə biz gördük ki, bu təzyiqlər davam edir, lakin bu il qüvvəyə minən azad toplaşma haqqında qanuna görə biz bunun pisləşməsini görə bilərik. Qısaca - siyasi və sivil azadlıqlar baxımından Azərbaycan çox pis vəziyyətdədir. Onun yığdığı xalı digər Orta Asiya ölkələri ilə müqayisə etmək olar. Amma Qafqaza gəldikdə, Azərbaycan digər ölkələrdən olduqca çox aşağıdır - xüsusilə Gürcüstanla müqayisə etsək, amma lap Ermənistanla da müqayisədə aşağıdır.


Sizin həmkarınız deyib ki, bu regionda "Rusiyanın başçılıq etdiyi süqut" mövcuddur, Rusiya "regiondakı repressiyaların səviyyəsini müəyyən edir" . Bu süqut Azərbaycana aiddirmi? Nə qədər aiddir?

Repressiv qanunlara və avtoritar olmağa gəldikdə Rusiya ustadır. Digər ölkələr bu üsullardan istifadə edir və deyə bilirlər ki, bunu edən tək ölkə deyillər və ya Rusiyanın izahatını təkrarlayırlar - "bu qanunlar Qərb ölkələrindəkilə oxşardır" və ya "bu, Qərb ölkələrinin tövsiyələrinə cavab olaraq edilib" və ya sadəcə balans yaratmaq üçün Rusiyaya qarşı elan olunan Maqnitski qanununa cavab olaraq Rusiya ABŞ-ə rus uşaqlarını övladlığa götürməyi qadağan edib. Rusiya öz demokratiyasına, demokratiyanın öz versiyasına hüququnu tələb edir. Azərbaycan da oxşar xüsusiyyətləri mənimsəməyə başlayıb. O, Qərbə yaxşı üzünü göstərərək iqtisadi məqsədlərini, beynəlxalq nüfuzunu həyata keçirmək istəyir. Amma Azərbaycan həmçinin heç bir pozmanı boynuna almamaq üçün bundan istifadə edir. Bunu xüsusilə son bir neçə il ərzində Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə görmək olar - Eurovision, İnternet İdarəçilik Forumu, son bir neçə ay ərzində elan ediblər ki, Avropa Olimpiya Oyunları Azərbaycanda keçiriləcək və bu da Azərbaycan üçün "müasir, gözəl, inkişaf etmiş dövlət" imicini təbliğ etmək üçün bir üsuldur. Qərb nə vaxtsa Azərbaycanı tənqid etsə, onlar buna cavab vermək istəyirlər, bu tənqidlərə məhəl qoymamaq istəyirlər. Azərbaycan əlaqələrindən mümkün qədər istifadə etmək istəyir - istəyir ki, Qərb Azərbaycandakı insan hüquqları pozulmalarına əhəmiyyət verməsin.

Hesabatda bir neçə dəfə deylir ki, ABŞ hökümətinin xarici siyasəti problemli ölkələrdəki hərəkatlara dəstək verməlidir. ABŞ-nin Azərbaycana dair siyasəti nə olmalıdır? Obama Azərbaycanın "azad deyil” statusu haqqında nə etməlidir?


Hər bir hökümət üçün iqtisadi maraqlar, siyasi maraqlar və demokratiyaya dəstək arasında balans yaratmaq çətindir. Əlbəttə ki, Azərbaycanın neft və qaz təchiz etməsi və bu amildən istifadə etməsi ən böyük çətinliklərdən biridir. Buna görə ABŞ tələb edə bilər ki, Azərbaycan insan hüquqlarını daha ciddi qəbul etsin, xüsusilə toplaşma azadlığı və ifadə azadlığını – çünki Azərbaycan məhz bu sahələrdə ən aşağı səviyyədədir və bu, getdikcə pisləşir. Sıfırdan aşağı getmək olsa, Azərbaycan sıfırdan aşağı olardı. Obamanın höküməti tələb edə bilər ki, Azərbaycan bu məsələləri həll etsin və ya özü onları həll edə bilər. Bütün beynəlxalq toplantılarda, hər bir görüşdə, Azərbaycanla əməkdaşlıq üçün ilkin şərt qoyula bilər. Bunun alınması üçün onlar avropalıları cəlb etməlidirlər, çünki Avropa İttifaqı – Azərbaycanın gözünün bəbəyidir, onun qaz bazarı oradadır. Onlar Aİ-nın strateji əməkdaşı kimi görünmək istəyirlər, Aİ-nın yüksək səviyyələrində görünmək istəyirlər. Beləliklə Obamanın höküməti Aİ-ə təzyiq edə bilər ki, Aİ Azərbaycanla hər hansı qaz ya neft müqaviləsi imzalamazdan əvvəl insan hüquqları haqqında güzəştlər tələb etsin.

Siz demişdiniz ki, Azərbaycan kiçik ölkədir və Obamanın gündəmində deyil. Verdiyiniz məsləhətləri real hesab edirsinizmi? Onların həyata keçirilməsi üçün Azərbaycan kifayət qədər əhəmiyyətlidirmi?

Məncə Azərbaycan Avropa İttifaqı üçün kifayət qədər əhəmiyyətlidir. ABŞ üçün isə... çətindir, çünki ortada digər məsələlər var. Onlar qaz və neft təchizatı haqqında, neft borularının Rusiyadan deyil, Azərbaycandan keçməsi haqqında çox narahatdırlar. Və onlar – ola bilər səfehliklə düşünürlər ki, əməkdaşlıq etmək üçün Azərbaycan Rusiyadan daha asandır, daha üzüyoladır. Nə qədər real? Mənim şəxsi fikrimcə, o qədər real deyil. Düşünürəm ki, uduzulacaq mübarizədir – amma bu o demək deyil ki, bu edilməməlidir. Bu ölkələrlə görüşəndə demokratiya narahatlıqları, insan hüquqları harahatlıqları həmişə açıq şəkildə deyilməlidirlər, çünki əks təqdirdə onlar elə biləcəklər ki, beynəlxalq icma hər şeyin yaxşı olduğunu qəbul edir. Düşünəcəklər ki, qaz və neft var deyə nə istəyirlər edə bilərlər. Bu, (hökümətin) xarici siyasəti olmamalıdır. Elədirsə, biz hamımız nə üçün insan hüquqları sahəsində işləyirik? Nikbin olmasam da düşünürəm ki, yenə də səy göstərmək lazımdır. 

Category: XƏBƏRLƏR | Views: 175 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Friday, 19.10.2018, 01:52
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28]Mənəviyyat [53]
İqtisadiyyat [11]XƏBƏRLƏR [653]
Hava haqqında [15]Müsahibə [11]
Yazarlar [5]Kriminal [70]
Idman [5]Faciə [68]
Siyasət [50]Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012