Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 21 » GƏNCƏDƏ 20 YANVAR TƏDBİRİNDƏ QALMAQAL
11:04
GƏNCƏDƏ 20 YANVAR TƏDBİRİNDƏ QALMAQAL

Dünən Gəncə şəhərində 20 yanvar şəhidlərinin anım tədbirində qalmaqal olub. Moderator.az saytının məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan mərasimdə şəhər ictimaiyyətinin nümayəndələri ilə yanaşı şəhid ailələri də qatılıb.

Ancaq icra başçısı Elmar Vəliyevin çıxışından sonra qalmaqal yaranıb. Moderator.az-a verilən xəbərə görə, şəhid analarından biri mikrofonu alaraq, Gəncədə şəhid ailələrinə qarşı təzyiqlərdən və diqqətsizlikdən gileylənib. Çıxış edən şəhid anası Gəncədə şəhid ailələrinin adına olan mağazaların uçurulması, şəhərin bəzi yerlərindəki yaşayış binalarında olan barelyef və bulaqların sökülməsinə etirazını bildirib. Moderator.az xəbər verir ki, şəhid anasının çıxışı Elmar Vəliyevi qəzəbləndirib. İcra başçısı dərhal yüksək səslə "bu nə təxribatdır? Polis rəisi, prokuror hardadır” deyə onları axtarıb. İcra başçısının bu reaksiyasından sonra qadını ərazidən uzaqlaşdırıblar. Elmar Vəliyev üzünü tədbir iştirakçılarına tutaraq, qadının çıxışının təxribat olduğunu və bunun ciddi araşdırılacağını bəyan edib. Şahidlərin sayta verdiyi məlumata görə, icra başçısı şəhid anasının başqaları tərəfindən öyrədildiyini deyib.


Ay Elmar müəllim! Sənin Yevlax icra başçısı olduğun müddətdə də nələr etdiyini yaxşı bilirik. İndi sıra Gəncədəki şəhid ailələridir. Söhbət sözün düzündən gedəndə ya təxribat olur, ya da uydurma.

Category: XƏBƏRLƏR | Views: 505 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 25.04.2024, 07:49
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012