Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 21 » Gəncədəki dəhşətli cinayətin şok təfərrüatları
16:52
Gəncədəki dəhşətli cinayətin şok təfərrüatları

Ev tikən ailəni təhqir edən sərxoş qətlə yetirildi, cinayəti törədən 1 il 6 ay cəza aldı  

Dünən Gəncə Ağır Cinayətlər Məhkəməsində müdafiə həddini aşmaqla qəsdən adam öldürməkdə ittiham olunan Kəlbəcər rayon sakini, 46 yaşlı Əhliman Rüstəmovun cinayət işi üzrə məhkəmə başa çatıb. 


İttihama görə, Ə.Rüstəmov 2011-ci il dekabrın 28-də saat 14 radələrində Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən yaşayış massivindəki özünə məxsus torpaq sahəsində oğlanları Ramin və Rahib Rüstəmovlarla birlikdə fərdi yaşayış evinin tikilməsi ilə əlaqədar iş görüblər. 

Həmin vaxt sərxoş vəziyyətdə olan Elmidar Kazımov və Emin Əsədov onlara yaxınlaşaraq heç bir səbəb olmadan mübahisə etməyə başlayıblar. Mübahisə zamanı E.Kazımov R.Rüstəmovu yumruqla vuraraq, onunla əlbəyaxa olub.

Bunu görən Ə.Rüstəmov E.Kazımovla R.Rüstəmovu aralayıb və münaqişənin böyüməsinin qarşısını almaq üçün oğlanları ilə birlikdə həmin sahədən uzaqlaşmağa başlayıb. 

Buna baxmayaraq E.Kazımov özündə olan bıçağı çıxararaq Ə.Rüstəmovun və oğlanlarının dalınca qaçıb və tikinti aparılan sahədən 150-200 metr məsafədə onlara çatıb. O, burada Ə. Rüstəmova hücum edib. 

Ramin atasını müdafiə etmək məqsədilə Elmidarın əlindən bıçağı almaq istəyərkən, sonuncu Raminin əl barmağını kəsib və yenidən Ə.Rüstəmovun üstünə hücum edərək onun bədəninə bıçaq zərbəsi endirməyə cəhd edib, 

Lakin Ə. Rüstəmov özünü cəld arxaya atdığından zərbə nəticəsində yalnız əynində olan paltarlar kəsilib. Bundan sonra Elmidar Rahibə tərəfə fırlanıb, əlindəki bıçaq ona hücum edib. Bu zaman ata Rüstəmov oğlunu müdafiə etmək məqsədilə Elmidarın bıçaq olan əlinə və ya həyat üçün təhlükə yaratmayan bədəninin digər orqanına zərbə endirməklə müdafiəni həyata keçirmək mümkün olduğu halda, yəni zəruri müdafiə həddini aşaraq əlindəki belin dəmir hissəsinin yastı tərəfi ilə onun baş nahiyəsinə bir dəfə zərbə vurub. Bundan sonra Ə.Rüstəmov və oğlanları hadisə yerinə avtomaşın çağıraraq Elmidarı Gəncə şəhəri 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına aparıblar. Oradan da daha ixtisaslı tibbi yardım göstərilməsi üçün Elmidar Bakı Baş Səhiyyə İdarəsinin Kliniki Tibbi Mərkəzinə təxliyyə edilib və o, göstərilən tibbi yardıma baxmayaraq 2012-ci il yanvarın 1-də aldığı bədən xəsarətlərindən ölüb.

Bu ölüm hadisəsindən sonra Ə.Rüstəmov həbs edilib və ona Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. 

Məhkəmənin hökmü ilə Ə.Rüstəmov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Category: Kriminal | Views: 459 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 13:42
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012