Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 22 » Gəncənin polis rəisi işdən çıxarıldı
09:39
Gəncənin polis rəisi işdən çıxarıldı

General-mayor Rasim Musayevin vəzifədən niyə azad olunduğu məlum deyil

Gəncə şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Rasim Musayev vəzifəsindən azad edilib. Məlumata görə, bu barədə qərar axşam saatlarında məlum olub. İdarənin rəis müavini İlqar Balakişiyev xəbəri təsdiqləyib. Lakin Rasim Musayevin rəislikdən çıxarılması barədə qərarın səbəbləri hələlik məlum deyil.


Qeyd edək ki, Rasim Musayev 2007-ci ilin noyabrında Gəncə şəhər Polis İdarəsinin rəisi təyin edilib. 2011-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Daxili İşlər Nazirliyinin zabiti Musayev Rasim İslam oğlu polis general-mayoru ali xüsusi rütbəsi ilə təltif edilib. Elə həmin vaxt Gəncə şəhər Polis İdarəsi Baş Polis İdarəsinə çevrilib.

Rasim Musayev Binəqədi Rayon Polis İdarəsi rəisinin I müavini, DİN-in İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb. Daha sonra Sabunçu Polis İdarəsinin 15-ci bölməsinə rəhbərlik edən polis zabiti 2005-2007-ci illərdə Cəlilabad rayon Polis İdarəsinin rəisi olub.
Category: XƏBƏRLƏR | Views: 531 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Tuesday, 16.04.2024, 18:55
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012