Türkiyə Balıkesir şəhərində çox maraqlı və ibrətlik hadisə baş verib Atatürk Dövlət Xəstəxanası Orqan Nəql Koordinatoru Dr. Bəkir Akdəmir, beyin ölümü reallaşan 8 nəfərin yaxınlarını Qurandan ayələr oxuyaraq onların orqanlarının bağışlamalarına razı salıb.
Bəkir Akdemir, bu münvalla 13 xəstəyə böyrək, 6 xəstəyə qaraciyər, 2 nəfərə də ürək nəqli edilməsini təmin edib.
Onun oxuduğu ayələr:
"Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik! (Qiyamət surəsi, ayə 3-4) Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur. (Maidə surəsi ayə 32)" |
|