Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2013 » January » 18 » "Hacı Abgül Süleymanovun bəraətini tələb edirik"
12:11
"Hacı Abgül Süleymanovun bəraətini tələb edirik"

"Heç bir məhkəmə həmin videoçəkilişi tədqiq etmədən obyektiv qərar verə bilməz"

HaqqYolu - Xəbər verdiyimiz kimi bu gün Bakı Apellyasiya Məhkəməsində ictimai-dini xadim Abgül Süleymanovun apellyasiya şikayəti ilə bağlı məhkəmə keçirilib.

 

Anar Qasımlı apellyasiya şikayətini istintaq və istintaqdan sonrakı məhkəmə proseslərindəki ciddi qanun pozuntuları ilə əsaslandırıb:

"Təəssüf ki, bizim qaldırdığımız vəsadət əvvəlki məhkəmə proseslərində təmin olunmadı. Vəsadətimizin əsası bu idi ki, Abgül Süleymanovun evində axtarış aparılan zaman həyata keçirilmiş videoçəkilişə baxılsın. Çünki əgər həmin videoçəkilişə baxılmasına icazə verilsə axtarışda yol verilmiş qanunsuzluqlar görünəcək. Həmin qayda pozuntuları belə olub ki, MTN işçiləri müttəhimin vəkili olaraq mən və müstəntiq mənzilə çatmamış evə artıq girmişdilər. Özü də qapını sındıraraq. Mən isə oraya çatanda Abgül Süleymanovun qapısının önündə stulda oturmuş bir nəfəri gördüm. Ondan kim olduğunu soruşanda isə hal şahidi olduğunu və evi mühavizə etdiyini bildirdi. Doğrudan məsələyə belə yanaşma məni təəssüfləndirir. Axı mənzilin qapısını sındırmaq və sonrada oranın mühavizəsini hal şahidinə tapşırmaq hansı məntiqə və peşakarlığa uyğundur? Və bu faktlar Abgül Süleymanova qarşı ittihamlarda obyektivliyə elə ilk gündən şübhə yatarmaya bilməz."

 

Anar Qasımlı bütün bu qanunsuzluqlara qarşı münasibətlərini belə ifadə edib:

"Biz orada və sonradan da dəfələrlə etirazımızı şifahi və yazılı şəkildə bildirdik. Həmin videoçəkilişdə isə bizim fikirlərimizi təsdiq edən faktlar mövcuddur. Heç bir məhkəmə həmin videoçəkilişi tədqiq etmədən obyektiv qərar verə bilməz. Yalnız o videoçəkiliş tədqiq olunduqdan sonra düzgün qərar verilə bilər."

Category: Mənəviyyat | Views: 714 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 25.04.2024, 17:47
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  January 2013  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012