Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 19 » Hava haqqında
10:07
Hava haqqında
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir

Bakıda və Abşeron yarımadasında buludlu havanın üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, axşam bəzi yerlərdə duman olacağı gözlənilir.

Temperatur gecə 0-2 dərəcə isti, gündüz 4-8 dərəcə isti olacaq.
Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yuxarı 770 millimetr civə sütunu, nisbi rütubət 90-95 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər zəif duman olacaq.
Temperaturun gecə 4-9 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər duman olacaq.
Temperaturun gecə 10-15 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər zəif duman olacaq.
Temperaturun gecə 2-7 dərəcə şaxta, gündüz 3 -8 dərəcə isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Arabir duman, bəzi şərq rayonlarında isə az yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 4-9 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta, dağlarda gecə 9-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə, gündüz 0-5 dərəcə şaxta olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Bəzi şərq rayonlarında çiskin olacaq. Ayrı-ayrı yerlərdə duman olacağı ehtimal edilir.
Temperaturun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Dağlarda duman olacaq.
Temperaturun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti,
dağlarda gecə 5-9 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.
Category: Hava haqqında | Views: 623 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 09:36
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012