Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 19 » İlahi dinlərin mənşəyi və etimologiyası
16:23
İlahi dinlərin mənşəyi və etimologiyası
 


Yehova və Allah sözü arasında olan əlaqə
Iudaizmdə (yəhudilərdə) tanrının adlarını çəkmək qadağandır (tabu). Yəni onun əsl adını çəkmək gunah sayılır. Səbəb kimi isə Tövratda olan bu sətirlər sayılır.Tövrat 20:7 "Boş yerə öz tanrının, allahının adını çəkmə".
Amma bizlər hər iki dəqiqədən bir her şeyə görə Allahın adını çəkirik. Məs: "Allah haqqı düz deyirəm", "Allaha and olsun!", "Yalan deyirəmsə, Allah məni öldürsün" və s.
Tetraqrammatonda (qədim yəhudilərin tanrısı, adı çəkilməyən tanrisi) (4 hərfli Yehova - YHVH) (əradan əvvəl 450-ci illərə gedib çıxır) 6 tanrinin adı çəkilir. Bu tanrılardan birinin adı Eloxim`dir. Hansı ki, ərəblər bu adı dəyişərək El-Elloha-Elloh > İl-İllaha-İllah > Al-lah >Allah transformasiyaya uğradıb. Həmçinin bu 6 tanrıdan ən qədimi Eloxim sayılır (eramızdan əvvəl 5000-8000-ci illər) və Suriyada qədimdə mövcud olan Ugarit şəhərinə gedib çıxır. El - tanrı, Eloxim ugaritlilərdə "tanrıların tanrısı" kimi ifadə olunub.



Cəhənnəm vadisi haqqında
Gehenna və yaxud Gehinnom vadisi İsraildə, Qüdsdə yerləşən vadilerden biri. Əhti-Cədiddə aramey dilində Gehenna kimi gedir. Yəhudilərin "Ge Hennom" sözünə ekvivalentdir. Bu söz tərcümədə Hinnomlar vadisi kimi ifadə olunur. Qədim ivrit dilində Hinnom qardaşlarının yaşadığı ərazi kimi qeyd olunur. Yəhudi Bibliyasında Baal, Caanit, Molox tanrıları həmin ərazidə öz uşaqlarını odda yandırmaqla qurban verib. Yəhudilikdə, Xristianlıqda və İslamda Cəhənnəm şər məkanı kimi qeyd edilir. Əhti-Ətiqdə "Gai Ben-Hinnom" kimi gedən bu söz "Hinnom uşaqlarının vadisi" kimi tərcümə olunur. Həmçinin Talmutda Gehinnam, Gehinnom kimi qeyd edilib. Bibliyanin bir versiyasında dəfələrlə "Hinnom vadisi", "Hinnom oğullarının vadisi" işlədilib. Yəhudilərin Bibliyasında "uşaqlarınızın oddan keçdiyi yer" kimi də qeyd olunur. Markın Bibliyasında Gehenna "meyidləri qurd basan" yer kimi qələmə verilir. Qədim yəhudi yazılarına görə vaxtilə həmin ərazi romalılara tabe olmayanların, məhkumların, günahkarlara işgəncə verilən, diri-diri yandırılan yer kimi tanınıb.
Quranda isə Cəhənnəm sözü (Jahannam, Jahennem) 77 dəfə səslənir və Allahın günahkar insanlara verəcəyi əsas işgəncə üsulu kimi günahkarıların odda yandırıması təsvir olunur.


Cənnətin və yaxud Edem (Eden) bağının etimologiyası
İbranicə "Gan Eden", ərəbcə Jan`nat`Edn. Jannah - ərəbcə bağ sözünün qısalmış versıyasıdır (ibr. Gan, ərəb.Jan). Jannah Edn - Edn bağı dəməkdir. Edem sözünün kökü Şumer dilində "edin" sözünə gedib çıxır və tərcümədə bu da "düz", "düzənlik" deməkdir. Edem bağı ilk olaraq Bibliyada səslənir. Sonradan isə Quranda bir çox ayələrdə Cənnət və Edn bağları haqda ayələr var.
Eden bağı harada yerləşir?
Bibliyada Yaradılışın 2-ci fəslində Adəm və Həvvanın Eden bağında olduğu deyilir. Eden bağı çoxlarının tanıdığı qədim Mesopotamiya ərazisində, yəni Yer kürəsində yerləşir.
Bibliya, Yaradılış. 2.
10.Bağı suvarmaq üçün Edendən bir çay çıxırdı, oradan isə dörd qola bölünürdü. 11.Onlardan birinin adı Pişondur. O bütün Xavila ölkəsini dolanaraq axır. Orada qızıl çıxır. 12.Bu ölkənin qızılı yaxşıdır. Burada həm də ətirli qatran və damarlı əqiq var. 13.İkinci çayın adı Gixondur. O, Kuş ölkəsini dolanaraq axır. 14.Üçüncü çayın adı Dəclədir. O, Assur ölkəsinin şərqindən axır. Dördüncü çay Fəratdır. 15.Rəbb Allah insanı götürüb Eden bağına qoydu ki, oranı becərsin və saxlasın. 16.Rəbb Allah insana əmr edib dedi: «Bağdakı bütün ağacların bəhrəsindən istəyəndə yeyə bilərsən. 17.Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən». 18.Rəbb Allah yenə dedi: «İnsanın tək olması yaxşı deyil, Mən ona münasib olan bir köməkçi yaradacağam». 19.Rəbb Allah bütün çöl heyvanlarını və göydəki bütün quşları torpaqdan düzəltdi. Sonra onları insanın yanına gətirdi ki, onun bunları necə adlandıracağını görsün. İnsan hər heyvana hansı adı qoydusa, o cür də adlandı. 20.İnsan bütün ev heyvanlarına, göydəki quşlara və bütün çöl heyvanlarına ad verdi, amma insana münasib olan bir köməkçi tapılmadı. 21.O zaman Rəbb Allah insana dərin yuxu göndərdi və o yuxuya getdi. Onda Rəbb Allah onun qabırğasının birini götürdü və yerini ətlə örtdü. 22.Rəbb Allah insandan götürdüyü qabırğadan qadını düzəltdi və onu insanın yanına gətirdi. 23.İnsan dedi: «Bax, nəhayət, bunun Sümüyü mənim sümüyümdən, Bədəni mənim bədənimdəndir. Adına "qadın” deyiləcək,Çünki o, kişidən götürülüb». 24.Buna görə də kişi öz ata-anasını tərk edib arvadına qovuşacaq və onlar bir bədən olacaq. 25.Adəm və arvadı – ikisi də çılpaq idi, ancaq bundan utanmırdılar. Əgər Bibliyada Yaradılış fəslindəki bu qeydlərə fikir verdinizsə, Eden bağı Dəclə və Fərat çayının vadisində yerləşdiyi qeyd olunub. Hansı ki, Assuriyanın da adi qeyd edilir (Aşşur > Assur). Həmçinin yuxarıda Eden sözünün etomologiyasının "düzənlik" mənasını verən Şumer sözü "edin"ə gedib çıxdığını qeyd etmişdim. Assuriya, Şumer Mesopotamiya ərazisində Dəclə və Fərat çaylarının ətrafında yerləşən qədim şəhərlər olduğunu da çoxları bilir. Gördüyünüz kimi sivilizasıyanin ilk şəhərləri ilə dinlər də inkişaf etməyə, pagan inanclardan ilahi dinlər formalaşmağa başlayıb.

İndi isə Qurandan Edenlə bağlı ayelərdən bir neçəsini qeyd edim.

Tövbə sürəsi, ayə 72. Allah mömin kişilərə və mömin qadınlara (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Allahın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur.

Rad surəsi, ayə 23. əməlisaleh ataları, zövcə­­ləri və övladları ilə birlikdə daxil olacaqları Ədn bağları hazırlanmışdır. Mələklər bütün qapılardan onların yanına daxil olub( deyəcəklər):

Nəhl surəsi, ayə 31. Onlar (ağacları) altından çaylar axan Ədn bağlarına girəcəklər. Orada onların ürəklərinin istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır.

Məryəm surəsi, ayə 61. (Bu Cənnət) ər-Rəhmanın Öz qullarına vəd etdiyi və onların görmədikləri Ədn bağlarıdır. Onun vədi mütləq yerinə yetəcəkdir.

Gafir surəsi, aye 8. Ey Rəbbimiz! Onları da, onların atalarından, zövcələrindən və nəsillərindən olan əməlisalehləri də onlara vəd etdiyin Ədn bağlarına daxil et. Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən.

Beyinnə surəsi, aye 8. Onların Rəbbinin yanındakı mükafatı (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Ədn bağlarıdır. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu (nemətlər), Rəbbindən qorxan kimsələrdən ötrüdür!



İnsanın palçıqdan yaradılması
Bildiyimiz kimi ilahi dinlərdə Allah insanı palçıqdan yaradır və sonra ona ruh üfürür. Həmçinin ilahi dinlərdən daha qədimə gedib çıxan Şumer tanrısı Enki (Ea) də palçıqdan (gildən) insan düzəldən tanrı kimi tanınır. Və divar şəkillərində çox yerdə həyat ağacı ilə təsvir olunur. Bu həyat ağacı isə qədim-ezoterik dini inanc sayılan Kabbalaya gedib çıxır. Yəhudilərin müqəddəs kitabı sayılan Tanax isə Kabbaladan ilhamlanaraq yazılıb.


Dünyanın su basması və Nuh gəmisi əfsanəsinin qədim kökləri
Şumer tanrısı Enki. Akkad dilində Eu və yaxud Eua. Şumer mifologiyasında 3 ən böyük tanrıdan biri. Digər 2-i Enlil və Anu. Enki müdriklik, mədəniyyət tanrısı, yeraltı sular və torpaq tanrısı. Mifologiyaya əsasən Enki dünyanı yaradanda dağlardan çaylar üçün yol açan zaman əziyyət çəkməsin deyə gildən insan hazırlayır. Bununla da bu işləri insan görmüş olur. Zaisudra mifologiyasında Enki dünyanın su basacağını Enlilə əmin edərək mücrü düzəltməyi təklif edir. Eynilə Bibliyadakı Nuhun gəmisi tarixcəsinin Şumer variantıdır. Ancaq bu tarixcə Bibliyadan daha qədimdir.
Shumer mifologiyasina əsasən dünyanı subasması eramızdan əvvəl 12-ci minillikdə baş verib. Sözsüz ki, bu dünyanın su basması ancaq Şumer ərazisində olan 5 şəhəri əhate edib. 7 gün 7 gəcə subasmadan sonra Enki və Enlil tanrıları qoyun və buğa kəsirlər. Həmçinin bu subasmada insanların bəziləri sağ qaldığı üçün Enki onlara kömək edən biri kimi qələmə alinir.

Adəm və Həvvanın cənnətdən qovulması
Şumer mifologiyasında Enlil və Enki tanrıları yaşayan bağda (Cənnət və yaxud Eden bağı) elə bu tanrıların əmri ilə Humbabaya insanların sidr ağacından istifadə etməsinə icazə verməyib. Maraqlı faktlardan biri də Bibliyada sidr ağacı tanrı sarayının hazırlanmasında istifadə olunan material, həmçinin rifah və firavanlıq ağacı kimi qeyd edilir. Həmçinin biz çox yaxşı bilirik ki, Adəm və Həvva Allahın onlara qadağan etdiyi ağacdan yediyi meyvələr olub. Bəziləri buna alma deyir, bəziləri buğda deyir. Bu qeyd olunanlara əsaslansaq isə, söhbət sidr ağacından gedir. Sidr şamının da qozaları və içində buğdaya bənzər toxumları var.


"Amin" sözünün etimologiyası
"Amin” sözünün etimologiyası qədim Misir tanrısı Amonun adı ilə bağlıdır. Amon və yaxud Amen, Amoun, Ammen, Amoun kimi adı gedən tanrı günəş tanrısı sayılır. Həmçinin Misir tarixində ilk tanrı kimi qəbul edilir.
Bibliya və Qurandan az çox başı çıxanlar bilir ki, bu kitabların kökü gedib Misirə çıxır. Hətta Musa peyğəmbərin Misir fironu ilə söhbətlər və s.
Bundan əlavə bugün mövcud olan hər 3 ilahi dində Günəşin tanrılaşması ilə bağlı simvollar və dəlillərə kifayət qədər çox rast gəlinir. Əgər "Zeigeist” filminin birinci hissəsinə baxan olubsa, orada İsa peyğəmbəri necə Günəş simvolu kimi təqdim olunduğunu açıq aydın göstərilir.
Xristianların bibliyasında adı çəkilən "amin”lər İsa peyğəmbərlə bağlıdır. Halbuki Yəhudilərin Tövratında, özü də ilkin variant sayılan ibrani dilində olan kitabda (Tanax) isə Amin "yaradılışın başlanğıcı" və "hər şeyin şahidcisi" kimi təqdim olunur. "Tanrı Amin” sözü bir neçə yerdə işlədilir. Talmutda Amin sözü – "güvənilən tanrı” kimi qələmə verilir.
Beynəlmiləl dil sayılan latın dilində "amin” sözü "amen” kimi gedir. Həmçinin bir çox dillərdə "amin” sözü "amen” kimi yazılır və səslənir.
Ərəbcədən "Amin” sözü 3 hərifli (elif-mim-nun) "amana” sözündən formalaşıb, ibarni köklərə gedib çıxır və eyni mənanı daşıyır. İslamda "amin” sözü dua edəndən sonra səslənir və Quranda heç bir yerdə işlədilməyib. Ancaq "əlif lam mim” və "əlif lam ra” ilə başlayan ayələrin hamısı qədim yəhudi hekayələri ilə bağlıdır. Əlif Lam Mim (Bəqərə, Əl-i İmran, Ankebut, Rum, Loğman, Səcdə); Əlif Lam Ra (Yunus, Hud, Yusif, İbrahim, Hicr).
Maraqlı məqamlardan biri - gördüyünüz bu surələrdə İncildən-Tövratdan, Musadan, İbrahimdən, Firondan və s. daha çox danışılır. Həmçinin ərəb dilinin özündə də Ra hərifi – "işartı" mənasını verir. Tanıdığımız Amen Ra isə "Günəş allahı" sayılır.
İudaizm və xristianlıqda da "Amin” sözü eyni mənanı daşıyır, dua zamanı çox istifadə edilir.
İslamda "Amin” sözünə Quranda rast gəlinmir. Lakin Fatihə surəsindən sonra çox vaxt "Amin" deyilir. İslamda "Amin” sözünə ancaq hədislərdə rast gəlmək olar. Və əsasən sünnilər "amin”dən çox istifadə edir. "Qoy belə olsun” mənasından daşısa da, əsl mənası "tanrı, günahlarımızı bağışla” mənasını verir. Hansı tanrını sizi bağışlamasını dilədiyiniz isə oxuduğunuzdan aydın oldu.



Allahın 99 adı və tanrının xüsusiyyətləri
Allahın 99 adı Əl-əsma Ul-Hüsna və yaxud ən gözəl isimlər kimi qeyd edilir.
Fakt 1: Allah bu 99 addan biridir. Və bu 99 addan biridirsə, o zaman nəyə görə Allahın 99 adı deyirik? Yəni əslində Allahın digər 98 adı kimi deyilməlidir.
Fakt 2: Bibliyada Tanrı (Allah) "mən Adəmi öz simamda yaratdım" deyərək, açıq aydın özünü insan cismində olduğunu göstərir. Lakin İslamda Allahı təsəvvür etmək olmur. Lakin...
Fakt 3: Lakin bütün bu adlar ərəb adlarıdır, kişi adlarıdır və İslam yaranmamışdan əvvəl Ərəbistanda kişi adlarında geniş istifadə olunub.
Fakt 4: Hər üç səmavi dində Tanrı bir insan olan kişi xüsusiyyətləri ilə təsvir edilir.


Qurban bayramı xətaları və islamda sünnət
Bildiyimiz kimi, İslamda Qurban bayramı İbrahimin oğlu İsmayılı qurban vermə istəyi ilə bağlıdır. Amma bunun kökü gedib çıxır yəhudilərə. İbrahimin ilk arvadı Saradan İshaq dünyaya gəlir. İsmayıl isə İbrahimin ikinci arvadı Hacərdən dünyaya gəlir. Bibliyada İbrahim Allaha Ishaqı qurban verdiyi qeyd olunur. İslam isə İsmayılı qeyd edir. Və bütün müsəlmanlar Qurban bayramını İbrahimin oğlu İsmayılı qurban verməsi kimi tanıyır. Həmçinin Bibliyada qeyd olunur ki, İbrahim peyğəmbər 100 yaşında olanda 8 yaşlı Ishaqı sünnet etmək qərarına gəlir. Sünnət məsələsi də elə bu hadisədən sonra yəhudilər və sonradan müsəlmanlarda populyarlaşmağa başlayıb. Lakin yəhudilər də oğlan uşağını sünnet edir, özü de müsəlmanlardan fərqli olaraq daha erkən yaşda. Amma bugün əksər müsəlmanlar sünnətin islamla bağlı olduğunu düşünürlər.
Maraqlı məqamlardan biri Allahın Quranda yəhudiləri lənətləməsi. Lakin yəhudi olan Musa və İbrahim peyğəmbərdən danışması.
Şəkildə görüdüyünüz Mikelancelonun Karavadjio əsəri. Rəsmdə İbrahim peyğəmbərin İshaqı qurban verən səhnə göstərilib.



Tanrıların öküzə olan marağı
Şumer tanrısı Enki heyvanlardan şir və öküzü müqəddəs heyvan qəbul edirdi. Öküz Şumer mifologiyasında ruzi bərəkət verən heyvan kimi qələmə verilir. Çünki ondan həm əkinçilikdə istifadə edilirdi, həm də qida kimi. Bu arada Hindistanda indi də öküzə sitayiş edirlər. Həmçinin qədim Roma, Qədim Yunanıstan üçün də öküz müqəddəs heyvanlardan qəbul olunurdu.
Və Qurandan belə ayə...
Bəqərə surəsi , 67ci ayə: Yadınıza gətirin o vaxtı ki, Musa öz qövmünə: "Allah sizə bir inək kəsmənizi əmr edir!” – dedi. Onlar isə: "Bizi məsxərəyəmi qoyursan?” – dedilər”. (Musa da: ) Allah Özü məni cahil olmaqdan saxlasın!” – dedi.


Ay tanrıları Ya və Sin
Quran, Ya Sin surəsi, ilk 4 ayə.
1 - Ya. Sin.
2 - And olsun hikmətli Qurana!
3 - Həqiqətən, sən göndərilmiş elçilərdənsən,
4 - doğru yoldasan.

Yehova və yaxud Yahweh - Yəhudilərin Allaha verdiyi ümumi ad. İbranicə Ya-wei və yaxud ya`hwei.
Yah - Qədim Misirdə Ay tanrısı. İbranice Ya səslənir.
Sin və yaxud Su`in - Şumer, Akkad, Assur mifologiyasında Ay tanrısı.




Hilal və Baal tanrısı arasındakı əlaqə
İslamin əsasını qoyan peyğəmbər Məhəmməd peyğəmbərin əsl adı Abu Əl-Qasım Məhəmməddir. Atasının adı İbn Abd-Allah. Babasının adı Abd Əl-Mütellib (əsl adı Şeyva İbn Xəşim). O zaman kimə qulluq edirdinsə, onun adi ilə gedirdi. Abd Əl Mütəllib - Mütəllibin qulu deməkdir. İbn Xəşimdən əvvəl həcc ziyaretinə Mütəllib İbn Əl Manaf baxıb. Bəli, düz eşitdiniz. İslamdan əvvəl həcc ziyarəti olub, özü də Kəbəyə. Sonradan bu "peşə" Məhəmmed peyğəmbərin babasına keçib.
Qureyş tayfasından olan Məhəmməd peyğəmber Məkkədə doğulub. Babası Abd Əl Mütəllib Məkkədə Kəbədə yerləşən Xubal tanrısı üçün həcc ziyarətinin təşkilatçısı olub. Hubal (Xubal) tanrısı ay tanrısı hesab olunur. İslama qədərki 360`dan çox tanrılar olan dövrdə ən öndə gedən tanrı Xubal sayılırdı. Hubal`ın bütünü isə bugün tanıdığmız Kəbənin içərisində yerləşdirilmişdi. Xubalın sağ əli qırılmış büt olduğu üçün Məhəmməd peyğəmbərin babasının təşkilatçılığı ilə həmin əl qızıldan hazırlanaraq bütə əlavə edilmişdi. Hubal qədim ərəbcədə "Xua-Baal" kimi deyilir. Hansı ki, "xua" - O, "Baal" - sahibimiz, tanri, boyuk tanri mənasını verir. Baal isə qədim Finikiya-Suriya, Assur-Babil tanrısı sayılır. Xua Baal - "O, bizim sahibimiz", "O, bizim tanrımız" mənasında səslənir. Məhəmməd peyğəmbər islami Məkkəyə gətirəndən sonra 300`dən çox tanrını rədd etməklə yanaşı, Xubal`dan üstün Allah olduğunu qeyd edir ve tanrının Allah olduğunu təbliğ edir. Yuxarıda da qeyd olunduğu kimi Məhəmməd peyğəmbərin atasının adı Abd-Allah, yəni Allahın qulu deməkdir. Lakin Allah kişi cinsinə verilən ad olaraq ərəblərdə islamdan əvvəl də istadə edilib. Allah sözünün kökü isə El tanrısına gedib çıxdığını yuxarıda qeyd etmişdim. Və bu Xubal (Hubal) isə transformasiyaya uğrayaraq Hilal`a çevrilir. Xua-Baal > XuBal > Xibal > Hubal > Hilal.
Məhz bugün məscidlərdə yarımçıq ay simvolu sayılan Hilal Qureyş tayfası üçün ay tanrısı kimi qəbul olunan Xubal`ı tərənnüm edir.

Namazın etimologiyası
Namaste. Sanskrit dilindədir. İlk dəfə Hindistanda yaranıb. Mənası - Namax, Namah, Namas, Namaz.
Açıqlaması; Namas - sitayiş; te- sənə. Yəni ki, "Sənə sitayiş".
İki əlini bir-birinə toxundurmaqla "Tanrıya salam çatdırmağ"ı ifadə edilir.





Category: DİN | Views: 757 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 12:12
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012