Əfqanıstanda xidmət etdiyi hərbi bazanın yaxınlığındakı kənddə 16 dinc sakini öldürən amerikalı əsgər Robert Bales haqqında ölüm cəzası tələb olunub.
Azeri-Xeber.ucoz.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, amerikalı 39 yaşlı əsgər Əfqanıstanın cənubində xidmətdə olduğu hərbi bazanı tərk edərək yaxınlıqdakı kəndə hücum etməkdə ittiham olunur. Məhkəmədə əsgərin iki dəfə xidmətdə olduğu hərbi bazanı tərk edərək ayr-ayrı kəndlərə hücum etdiyi faktı da üzə çıxıb. Sözügedən hücum nəticəsində o, doqquzu uşaq olmaqla 16 nəfəri qətlə yetirib.
Qeyd edək ki, bu hücumdan sonra Əfqanıstanda Amerika əleyhinə geniş miqyaslı etiraz aksiyaları keçirilmişdi. Bu aksiyalardan sonra Amerika bir müddət Əfqanıstandakı əməliyyatları müvəqqəti olaraq təxirə salmaq məcburiyyətində qalmışdı.
Amerikalı əsgərin ölüm cəzası məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə Bales 1961-ci ildən bəri edam edilən ilk ABŞ əsgəri olacaq. |