Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 17 » İmam Əli (ə) dostların və düşmənlərin dili ilə
14:27
İmam Əli (ə) dostların və düşmənlərin dili ilə

 

O zaman ki, hələ kiçik bir uşaq idim, ayağa qalxmaq istəyəndə "Ya Əli” deməyimi mənə öyrədirdilər. Hansısa bir yükü qaldırmaq istəyəndə "Ya Əli” deyirdim. Bəs "Ya Əli” nə idi? "Əli” kim idi? Bilmirdim.

Bu gün isə böyümüşəm və o Həzrətin (ə) həyat və əxlaqı haqqında mütaliələr etmişəm, gərək etiraf edəm ki, yenə də heç nə bilmirəm. Bu cür dahi bir şəxsiyyəti dərk etmək ətrafındakılar üçün belə naməlum idi.

Böyük filosof Əbu Əli Sina Həzrət Əli (ə) haqqında belə demişdi: "Əli (ə) - Rəsulun (s) tərəfdaşları arasında ağlın maddi cisimlərə nisbəti kimi idi”.

Həzrət Əli (ə) elə bir şəxsiyyət idi ki, hərtərəfli inkişaf etmişdi. O Həzrət (ə) qüdrətli ordu rəhbəri idi, eyni zamanda səbirli, meydanda əvəzi olmayan bir igid idi. İbadət mehrabında abid, düşmənlərlə qəti, yetimlərlə mehriban, dostları ilə səxavətli, eyni zamanda sadə bir əkinçi və işçi, bilikli bir alim, ədalətli mühakiməçi, güzəşt etməyən və dəqiq bir insan idi.

Həqiqətən bu kərim dənizin tanınması hər kəs üçün mümkün deyildir. Məgər onu yaradan Allahı və onun müəllimi olan Həzrət Peyğəmbər (s) üçün mümkündür. Ancaq onlar bu dahi şəxsiyyətin məqamını olduğu kimi dərk edirlər.

Əmirəl-möminin (ə) elə bir dənizdir ki, bəşərin ali xüsusiyyətlərindən və üstün bir insanın ən gözəl sifətlərinə, kamil insanın həqiqətlərinə malik idi. O, bu xüsusiyyətlərində o qədər irəli getmişdi ki, hətta düşmənləri belə onu tərifləyirdilər.

Bir gün Məhqən ibni Əbi Məhqən Həzrət Əlidən (ə) üz çevirib, Müaviyəyə qoşulur. Müaviyəni sevindirmək üçün deyir: "Mən insanların dilsizinin yanından sənin yanına gəlmişəm”. Müaviyə deyir: "Vay olsun sənə! Əli dilsiz insandır? Qureyşin Əlidən qabaq fəsahət elminə agahlığı yox idi. Əli Qureyşə fəsahət elmini öyrədib”.

Həlimliyi, səbir və sükutu 20 il ərzində və əbədi olaraq, elə bir həqiqət idi ki, tarixin yaddaşından heç vaxt silinməyəcəkdir. Əli (ə) o cəhalət burulğanında və kin tufanında naməlim idi. Atəşli sözləri və ürəyindən gələn moizəsi qəsavət bağlamış qəlblərə təsir etmədi. O yerə qədər ki, İmam (ə) səhraya üz tutur və qəlbinin yanıqlı sözlərini səhabələri ilə bölüşür. Ya da dərdini quyuya söyləyərdi.

İmam Əlinin (ə) elm və hikməti dağ kimi şəxsiyyətindən aydın idi. O, hər iki cahanın səadətini insanlara hədiyyə vermək imkanına malik idi. O, səma yollarını yer yollarından daha yaxşı tanıyırdı. O, Həzrət Peyğəmbərin (s) ruh yetişdirən vəhy şamından bəhrələnmişdi. Kiçik yaşlarından nübuvvət qucağında böyümüşdü. O, ən adil mühakiməçi, şücaətli döyüşçü və dərdgörmüşlərin pənah yeri idi. Ancaq naməlum qaldı və ancaq bir neçə tərəfdaşı onun hikmət dənizindən bəhrələndilər. Lakin qalanları onu tanımadılar, tanımaq istəmədilər.

 

Views: 334 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 21:30
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012