Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 27 » İngiltərəli məşhur jurnalist Qəbələnin gözəlliyindən yazdı
09:23
İngiltərəli məşhur jurnalist Qəbələnin gözəlliyindən yazdı

"Nə zamansa xizək sürmək üçün mütləq bir daha Qəbələyə qayıdacağam”

Böyük Britaniyanın "baldhiker.com” saytında bu elektron resursun yaradıcısı, 2011-ci ildə turizm sahəsində yazan "Ən yaxşı jurnalist” adına layiq görülmüş Pol Stilin ölkəmizə növbəti səfərinin təəssüratları ilə bağlı daha bir məqaləsi yerləşdirilib. 


"Azərbaycan-Beşulduzlu Qəbələ” sərlövhəli məqaləsində müəllif yazır ki, zəngin mədəniyyəti, gözəl təbiəti, füsunkar mənzərələri ilə insanı valeh edən Qəbələ Azərbaycanın ən qədim şəhərlərindən biridir. Bu şəhərə səyahət edərkən məndə yaranan təəssüratları oxucularla bölüşmək istəyirəm.

Pol Stil yazır: "Məni tanıyanlar yaxşı bilirlər ki, çətin səyahətlərə və gəzdiyim yerlərdə otellərdə deyil, əsasən çadırlarda qalmağa daha çox üstünlük verirəm. Lakin heyranı olduğum bir ölkədə - Azərbaycanda çadırda qalmaq fikrindən daşındım. Buna səbəb isə Qəbələdəki beşulduzlu otellərin həqiqətən də çox gözəl və rahat olması idi. Mən burada yüksək səviyyəli qonaqpərvərliyin, səmimiliyin şahidi oldum. Xidmət də yüksək səviyyədə idi. Çox böyük məmnuniyyətlə aylarla burada qalardım.

Qaldığım "Qafqaz Resort” otelinin eyvanından Rusiya sərhədinə doğru uzanan dağların gözəl mənzərəsini söz ilə ifadə etmək mümkün deyildir. Mən bu dağları çox sevdim. Hazırda orada nəhəng xizək kurortu yaradılır. Tikintini əks etdirən planla tanış olduqdan sonra belə qərara gəldim ki, nə zamansa xizək sürmək üçün mütləq bir daha Qəbələyə qayıdacağam. 

Onu da deməliyəm ki, Azərbaycana səfər edən ictimai-siyasi, mədəniyyət xadimlərinin əksəriyyəti Qəbələdə olurlar. Bu yaxınlarda dünya şöhrətli aktyor Jerar Depardye də Qəbələdə olub, bu şəhərin gözəlliyinə heyran qaldığını bildirib”. 

Səyahət zamanı Qəbələnin daha bir möhtəşəm beşulduzlu oteli - "Riverside Hotel”də də qaldım. Buradakı ləzzətli təamların - dadlı pendirin, yağın, şorbanın, hind toyuğu və quzu ətindən hazırlanmış yeməklərin, təzə nar şirəsinin dadı hələ də damağımda qalıb. 

Müəllif qeyd edir ki, Azərbaycanda idman, xüsusilə də futbol çox sevilir. İdmanın bu növünə Qəbələdə də böyük maraq var. 

Pol Stil yazır: "Qəbələdə insanı məftun edən yerlərdən biri də dağlar arasında yerləşən gözəl göldür. Bir sözlə, burada gəzdiyim hər yer məni məftun etdi. Mən qışda burada gördüklərimdən çox böyük zövq aldım. Şübhəsiz ki, ilin digər fəsillərində, xüsusilə yayda Qəbələ daha gözəl olur”.
Category: XƏBƏRLƏR | Views: 338 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 08:57
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012