Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 24 » İran əsilli Ena-Kameliya Azərbaycanı “Eurovision”da təmsil etmək üçün seçimlərə qatılıb
13:45
İran əsilli Ena-Kameliya Azərbaycanı “Eurovision”da təmsil etmək üçün seçimlərə qatılıb


Gələn ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək "Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi məqsədi ilə milli seçim turu davam edir.

Bu gün İctimai Televiziyanın canlı efirində "Eurovision-2013”də Azərbaycan adından çıxış etmək arzusunda olan daha 9 iştirakçı özünü seçimlərdə sınayacaq. Bu, milli seçimlərin ikinci həftəsidir və bu mərhələ 8 həftə davam edəcək. Hər il olduğu kimi bu il də proseduralar eyni qaydada həyata keçirilir. Hərfə içi hər gün axşam müəyyən olunmuş həftələrdə çıxış edəcək namizədlər öz perfomanslarını nümayiş etdirəcəklər. Cümə günü isə beş günün qalibi müəyyənləşəcək.

"Eurovision-2013″ün milli seçim turunun bu gündən başlayan ikinci həftəsinin 9 iştirakçısının adı məlumdur. Bunlar Şahin Sadiqov, Sibel Cəfərova, "Baku rok” qrupu, Rafael İsayev, Xəyal Tağıyev, Ena-Kameliya Tabeş Moqeddem, Anar Səfərov, Rəvanə Əliyeva, Leyla İzzətovadır. Ena-Kameliya Tabeş Moqeddem İran əsillidir, onun atası iranlı, anası isə rusdur. O, Azərbaycanı sözügedən müsabiqədə təmsil etmək üçün seçimlərə qatılıb. Ena-Kameliya 16 yaşındadır və Azərbaycan vətəndaşıdır.

Qeyd edək ki, iştirakçılar 8 qrupa bölünərək 8 həftə ərzində yarışacaqlar. Bazar ertəsi "Eurovision” hitlərinə, çərşənbə axşamı Azərbaycan estradasına, çərşənbə dünya hitlərinə, cümə axşamı səhnə şousuna ayrılıb. Cümə günü sərbəst gündür. İştirakçı ilk dörd gün ifa etdiyi mahnılardan birini cümə günü yenə oxuya bilər. Təmsilçimiz həm münsiflər heyəti, həm də tamaşaçı səsverməsi ilə müəyyənləşəcək. Hər həftədən bir nəfər yarımfinal mərhələsinə vəsiqə qazanacaq, ümumi bu mərhələdə 8 yarımfinalçı finala çıxmaq uğrunda yenidən mübarizəyə qatılacaq. Təmsilçimiz isə finalçılar arasından seçiləcək. 
Category: Maraqlı | Views: 428 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 06:36
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012