Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 23 » İranın Şərqi Azərbaycan vilayətindəki zəlzələ bölgəsinə azərbaycanlılar yardım karvanları göndərib - FOTOSESSİYA
12:47
İranın Şərqi Azərbaycan vilayətindəki zəlzələ bölgəsinə azərbaycanlılar yardım karvanları göndərib - FOTOSESSİYA

İranın Şərqi Azərbaycan vilayətinin zəlzələ baş vermiş bölgəsinə digər Azərbaycan vilayətlərindən yardım karvanları göndərilib. Təbrizdə və Urmiyada yaşayan soydaşlarımızdan,  zəlzələdən zərərçəkənlərə dəstək olmaq üçün əhali arasında yardım kampaniyaları keçirilir: " Daha çox azərbaycanlı fəallar belə bir təşəbbüsü həyata keçirirlər. Könüllü olaraq əhali arasında yardımlar yığır və şəxsi avtomobilləri ilə toplanılan ərzaq və digər məhsulları zəlzələ bölgəsinə aparırlar. Lakin tək fəallar deyil, maddi imkanı olan digər azərbaycanlılar da yardımlara qoşulurlar. Hətta evləri dağılan soydaşlarımıza ev tikməyə kömək edənlər də var. 

Lakin bu cür yardımlar minlərlə zərərçəkən üçün yetərli deyil. Dövlət tərəfindən ciddi dəstək olmalıdır. Yalnız o halda problem həllini tapa bilər. Əksinə olaraq isə bölgəyə yardım aparan insanlara hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən maneələr törədilir. Hətta buna görə elə ötən həftə Qaradağ yolunda həbs edilən azərbaycanlı fəallar da oldu. Nəzarət altında olduğu üçün zəlzələ baş vermiş kəndlərə giriş və çıxış sərbəst deyil. Yardım aparanlar çox zaman qaçaqmalçılar kimi gizli yollarla gedirlər”.

 

Müsahiblərin dediyinə görə, zəlzələ baş vermiş Qaradağ bölgəsində yaşayış şəraiti gündən-günə ağırlaşır: "Qaradağ dağlıq zonadır. Mənfi tempeturlu və şaxtalı havada  minlərlə ailə hələ də çadırlarda yaşayır. Zərərçəkənlərlə görüşən soydaşlarımız soyuqdan üzünü don vuran Sevda adlı bir balaca qızın fotosunu da çəkmişdilər. Şəraitsizlik və soyuq camaatı məhv edir. Elə çadır yoxdur ki, orada 2-3 nəfər xəstə olmasın. Əhali arasında təzyiq xəstəliyi və sətəlcəm yayılıb. Xəstələnənlər tibbi yardım da ala bilmirlər. Soyuqdan donmamaq üçün 7-8 nəfər bir balaca çadırda yaşayır. Sağ qalan mal-qara aclıqdan və soyuqdan ölür. Bəzi yolları qar bağlayıb. Ona görə də yardım aparan avtomobillər çox çətinliklə kəndlərə gedib çıxırlar. Bölgədə ərzağa, isti geyimə, içməli suya və dərmana ciddi ehtiyac var. Qaradağda vəziyyət çox acınacaqlıdır. İnsanların ümidi isə yalnız Azərbaycan vilayətlərindən gələn yardımadır”.  




















Category: Mənəviyyat | Views: 659 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 16:28
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012