Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 19 » İranın yoxa çıxan məşhur generalı haqqında ilginc açıqlama
16:27
İranın yoxa çıxan məşhur generalı haqqında ilginc açıqlama


Rəsmi Tehran 5 il öncə itən İran generalının İsrail tərəfindən qaçırıldığını iddia edib. Teleqraf.com-un məlumatına görə, İran generalı Dəqiqi 5 ilə əvvəl yoxa çıxan general Əlirza Əsgərinin İsrail Təhlükəsizlik Xidməti - MOSSAD tərəfindən Türkiyədən İsrailə qaçırılması barədə əllərində kifayət qədər sübut olduğunu bildirib. 

Məlumata görə, İran müdafiə nazirinin müavini general Hüseyn Dəqiqi sələfi Əlirza Əsgəri haqqında Tehranda keçirilən bir toplantıda bunu açıqlayıb. Bildirilir ki, o, bu haqda danışan ilk dövlət nümayəndəsidir. 

General çıxışında bildirib ki, Əlirıza Əsgəri 2007-ci ilin 7 fevral  tarixində İstanbulda yoxa çıxıb. O gündən bəri Əsgəridən heç bir məlumat ala bilməyiblər. Əsgərinin İranın nüvə proqramı haqqında olduqca geniş məlumata malik olduğu deyilir. Çünki general Əsgəri İran İnqilab Gözətçilərinin komandiri kimi mühüm bir vəzifədə çalışıb. 

Mətbuatın əvvəlki yazdıqlarında Əsgərinin ABŞ-da və ya Avropada olduğu da iddia edilib. Köhnə MOSSAD başçısı Dani Yatom isə 2007-ci ildə "Times" qəzetinə verdiyi açıqlamada İsrailin bu hadisə əlaqəsi olmadığını bildirib. 

Bundan başqa, Əlirza Əsgəri haqqında yayılan digər məlumatlarda onun "könüllü olaraq" Qərbə qaçdığı iddia edilib. Bildirilir ki, əgər general könüllü şəkildə Qərbə və İsrailə qaçıbsa, onda İranın gizli sirlərini aça biləcək ən səlahiyyətli şəxslərdən biridir. 

Qeyd edək ki, bu iddia isə üç il əvvəl çıxan "Secret Wars" adlı kitabda da əksini tapıb. 
Category: XƏBƏRLƏR | Views: 324 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 18:21
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012